Bazar ertəsi, 16 Oktyabr 2017 13:02

Qırğızıstanda prezident seçkilərinin qalibi məlum olub

Qırğızıstanda prezident seçkilərinin qalibi məlum olub

Oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərində 900 mindən çox seçici hakim Sosial Demokrat Partiyasının namizədi, 59 yaşlı Soornbay Jeenbekova səs verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyası məlumat verib.

 

“Son hesablamalara görə, səsvermədə 1 milyon 692 min nəfər iştirak edib, onlardan 917 mini S. Jeenbekovun lehinə səs verib. Beləliklə, Soornbay Jeenbekov 55 faizə yaxın səs qazanıb”, məlumatda deyilir.

 

Qeyd edək ki, Qırğızıstan prezidentliyinə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. Ölkə qanunvericiliyinə əsasən, Qırğızıstan MSK-sı 20 gün ərzində seçkilərin yekun nəticələrini elan etməlidir.

Şərh yaz


Məxfi kod
Yenilə