Cümə axşamı, 12 Oktyabr 2017 21:06

Rusiyada yeni əsginaslar dövriyyəyə buraxılıb

Rusiyada yeni əsginaslar dövriyyəyə buraxılıb

Bu gün Rusiyada 200 və 2000 rublluq yeni əsginaslar dövriyyəyə buraxılıb.

İslamazeri.com "Sputnik"-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina məlumat verib. Əsginasların üzərində əks olunmuş şəhər və təsvirlər ictimai sorğular nəticəsində seçilib. Belə ki, 200 rublluq əsginasda Krımın qədim Yunan üslublu abidələri olan Çersones Tavrika sütunları və Sevastopolda batmışa gəmilərə həsr olunmuş 1905-ci ilə aid abidə əks olunub. 2000 rublluq əsginasda isə Rusiyanın ən son tarixilə bağlı elementlər əks olunub. Belə ki, əsginasda Vostoçni Kosmodromu yeni kosmik limanı və Vladivastokdakı Rus körpüsü həkk olunub.

Əsginaslar ilkin olaraq Mosvka, Krım və Uzaq şərq bölgəsində təqdim olunub. E.Nabiullina bildirib ki, yeni əsginaslar ölkənin digər bölgələrində dekabrdan etibarən dövriyyəyə buraxılacaq.

Şərh yaz


Məxfi kod
Yenilə