Çərşənbə axşamı, 10 Oktyabr 2017 13:09

Kremldən Ağ Evə xəbərdarlıq

Kremldən Ağ Evə xəbərdarlıq

Rusiya prezidentinin sözçüsü bir daha ABŞ-ın nüvə anlaşmasından çıxmasının nəticələri barədə xəbərdarlıq edib.

Dmitri Peskov dünən gecə deyib: Əgər nüvə anlaşmasının aparıcı tərəflərindən sayılan Amerika kimi bir ölkə bu anlaşmadan çıxarsa, bu məsələ neqativ nəticələr verməkdən əlavə, Amerikaya qarşı inamsızlığı da gücləndirəcəkdir.

Peskov əlavə edib: Biz yalnız bu nəticələrin mahiyyətini proqnoz edə bilərik və hazırda elə bu məsələ ilə məşğuluq. O, vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə nüvə anlaşmasının dünya ictimaiyyəti üçün olan önəmini xatırladıbdır.

ABŞ prezidenti bu ölkə konqresinin qəbul etdiyi qanuna əsasən, oktyabrın 15-dək İranın nüvə anlaşmasına sədaqətini təsdiq etməlidir. Seçki rəqabətlərində dəfələrlə nüvə anlaşmasını cırmaq vədini vermiş Donald Tramp hazırda iki dəfə Tehranın bu anlaşmaya sadiq qaldığını təsdiq etməyə məcbur olubdur.

Şərh yaz


Məxfi kod
Yenilə