Şənbə, 07 Oktyabr 2017 16:41

Rusiyada etirazlar başladı: 80 şəhərdə mitinq keçirilir

Rusiyada etirazlar başladı: 80 şəhərdə mitinq keçirilir

Rusiyada müxalif Aleksey Navalnıya dəstək aksiyaları başlayıb.

Axar.az xəbər verir ki, aksiyaların 80 şəhərdə keçirilməsi nəzərdə tutulub. Artıq Ulan-Ude, Çita və Xabarovskda mitinqlər baş tutub. Xabarovsk şəhərində həmçinin Navalnının qərargahına polis basqın edib.

Vladivostokda isə mitinq hələ də davam edir. Yakutsk və Permdə polis Navalnının qərargahının koordinatorları olan Anatoli Noqoviçın və Maksim Jilini həbs edib. Həbslər həmçinin Stavropol və Peterburqda da aparılıb.

Qeyd edək ki, Navalnı hazırda həbsdədir. O bir müddət əvvəl evindən çıxarkən saxlanılıb və məhkəmənin qərarı ilə 3 oktyabrda 20 sutkalıq həbs edilib.

Şərh yaz


Məxfi kod
Yenilə