Bazar, 10 Sentyabr 2017 16:53

Latviyada NATO-nun yüksək rütbəli zabitlərinin təlimləri başlayır

Latviyada NATO-nun yüksək rütbəli zabitlərinin təlimləri başlayır

Latviyada sentyabrın 10-da NATO-nun yüksək rütbəli zabitlərin “Steadfast Pyramid 2017” və “Steadfast Pinnacle 2017” təlimləri başlayır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təlimlərdə NATO-ya üzv olan ölkələrdən və Alyansın tərəfdaşları olan Finlandiya və İsveçdən 40-dan çox yüksək rütbəli zabit iştirak edəcək. 
Təlimlər Latviya Milli Müdafiə Akademiyasında sentyabrın 22-dək davam edəcək. (musavat.com)

 

Şərh yaz


Məxfi kod
Yenilə