Bazar ertəsi, 07 Avqust 2017 19:53

"Astana EXPO-2017"; İran İslam Respublikası Milli Günü

"Astana EXPO-2017"; İran İslam Respublikası Milli Günü

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən beynəlxalq "EXPO-2017" sərgisində qeyd olunan İran İslam Respublikası Milli Günü sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən beynəlxalq “Expo-2017” sərgisi ötən 25 ildə bu ölkə tarixində ən mühüm hadisə hesab olunur. Əsas mövzusu “gələcəyin enerjisi” olan bu sərgi müxtəlif proqramlara malikdir. Bu proqramlardan biri də İran İslam Respublikası Milli Günü-nün qeyd olunması idi.

 

“Astana Expo – 2017”. Bu beynəlxalq sərgi Qazaxıstanın 25 illik müstəqillik dövründə ən önəmli beynəlxalq tədbir hesab olunur. Və bu sərginin keçirildiyi məkanda baş tutan ən önəmli proqramlardan biri İran İslam Respublikası Milli Günü-nün qeyd edilməsi idi.

 

Qazaxıstanın investisiya nazirinin müavini Yarlan Xanirov bu barədə deyib: "Qazaxıstanın xarici siyasətində İran özünəməxsus yerə  malikdir. İki ölkə tarixində heç vaxt iqtisadiyyat, ticarət və  tranzit sahəsində bu qədər iri həcmli əməkdaşlıqların şahidi olmamışıq."

 

İran və Qazaxıstan rəsmiləri, iş adamları və sərmayə sahiblərinin habelə, xarici ölkə rəsmiləri, səfirlər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi İran İslam Respublikası Milli Günü mərasimində çıxış edən Qazaxıstan və İran rəsmiləri iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin önəmindən söz açdılar. Və bu əlaqələrin bütün sahələr üzrə daha artıq genişləndirilməsində maraqlı oldqlarını dedilər.

 

İranın sənaye nazirinin müavini və İran beynəlxalq sərgilərinin icraçı direktoru Hüseyn Esfəhbodi iki ölkə əlaqələri ilə bağlı deyib: "Biz, iki ölkə arasında çox yaxşı əlaqələrin mövcud olmasını nəzərə alaraq, iqtisadi və ticarət əlaqələrinin daha artıq genişlənəcəyinə ümidvarıq."

 

“ASTANA EXPO-2017” sərgisi iqtisadi sərgilər kimi sırf maddi maraqlar üzərində qurulmayıb. Bura daha çox elmi, mədəni və ictimai nailiyyətləri tanıtdırmaq üçün bir məkan hesab olunur.

 

İran  İslam Şurası Məclisinin Texnologiya Komitəsinin sədri Məhəmməd Rza Mənsuri də bu sərginin İran üçün mümkün olan faydaları və müsbət təsirlərindən danışıb; "Bu sərgi bizə texniki xidmətlərimizi Qazaxıstana və digər ölkələrə tanıtdırmaq və bu yolla iri həcmli gəlirlər əldə etmək fürsəti yarada bilər."

 

 

Şərh yaz


Məxfi kod
Yenilə