Bazar, 11 June 2017 18:18

Gürcüstanda İmam Həsənin (ə) mövlud tədbiri keçirilib -FOTO

Gürcüstanda İmam Həsənin (ə) mövlud tədbiri keçirilib -FOTO

Ötən gün Gürcüstanın Marneuli rayonunda İmam Həsən Müctəbanın (ə) mübarək təvəllüd günü münasibəti və eyni zamanda mübarək ramazan ayı ilə əlaqədar iftar süfrəsi açılaraq tədbir keçirilib. 

 

Maide.Az xəbər verir ki, tədbir müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.  Sonra İran İslam Respublikasının Gürcüstandakı səlahiyətli nümayəndəsi səfir Doktor Qəvvam Şəhidi çıxış edibi və  İmam Həsənin (ə) mövludu münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. 

 

Sonra Marneuli şəhərinin gənc məddahı Səid Həsən öz gözəl səsi ilə ilahilər oxudu. Məclisin davamında Al-Mustafa Beynəlxalq Unveristetinin Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Hacı Davud Zarii çıxış edərək Həzrət İmam Həsənın (ə) həyatından danışıb .

 

Tədbirin davamında İran İslam Respublikasının Qum şəhərindən Əhli-beyt (ə) məddahı Hadi Kazimi eləcədə Azərbaycan Respublikasından təşrif gətirmiş Hilal qrupunun rəhbəri Rza İgidoğlu öz gözəl səsləri ilə Peyğəmbər (s) və Əhli-beyt (ə) şəninə yazılmış ilahilər  səsləndirib. 

 

Qeyd edək ki, tədbir Gürcüstan "Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi"nin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.  Tədbir sonda fərəc duasının oxunması ilə yekunlaşıb. 

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob