Çərşənbə, 17 May 2017 16:49

Ukrayna rus saytlarına görə 1 milyard xərcləyəcək

Ukrayna rus saytlarına görə 1 milyard xərcləyəcək

Rusiya saytları və televiziyalarının, o cümlədən sosial şəbəkələrinin Ukraynada qadağan olunması 2 il zaman aparacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın İnternet Assosasiyasının rəhbəri Aleksandr Fedienko söyləyib. O, bu internet resurslarının bloklanması üçün Ukraynanın 1 milyard dollar xərcləməli olacağını bildirib.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyanın bir sıra KİV-lərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına “Rossiya Seqodnya” agentliyi, “Zvezda” televiziyası, TVÇ, “Naşe radio”, “NTV Plyus” televiziyası, “Ren TV”, RBK, həmçinin “Vkontakte” və “Odnoklasniki” sosial şəbəkələri, “Mail.ru” portalı və “Yandeks” axtarış sistemi daxildir.

 

Şərh yaz


Məxfi kod
Yenilə