Çərşənbə axşamı, 16 May 2017 18:02

Rusiya XİN: "Trampın Lavrova məxfi məlumatlar verməsi uydurmadır"

Rusiya XİN: "Trampın Lavrova məxfi məlumatlar verməsi uydurmadır"

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın Rusiyanın xarici işlər naziri Sergey Lavrova İŞİD haqqında məxfi məlumatlar verdiyini yazan Vaşinqton Post qəzetinin bu iddiasını uydurma adlandırıb.

 

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Zaxarova Facebook səhifəsindən verdiyi açıqlamasında belə deyib: "Yenə Amerika qəzetlərini oxudunuz? Amerika qəzetlərini müxtəlif formalarda istifadə edə bilərsiniz. Ancaq onları oxumağa ehtiyac yoxdur. Çünki son vaxtlar təhlükəli olmağa başlayıblar.

ABŞ mətbuatının Tramp və Sergey Lavrovun görüşü barədə bir sensasiya planlaşdırdığını yazmışdım. Bu görüşü gizli bir görüş kimi göstərmək və edəcəkləri uydurma xəbərlər üçün əsas hazırlamaq üçün fotoşəkillərini dərc etdirmədilər. Ancaq biz görüşün fotolarını yayaraq bu informasiya kampaniyasını pozduq".

 

Şərh yaz


Məxfi kod
Yenilə