Çərşənbə axşamı, 16 May 2017 11:50

BMT: Son iki ay ərzində Ukraynada 35 dinc sakin həlak olub

BMT: Son iki ay ərzində Ukraynada 35 dinc sakin həlak olub

Martın əvvəlindən Ukraynada hərbi münaqişə nəticəsində 35 dinc sakin həlak olub.

APA-nın məlumatına görə, bu barədə BMT-nin humanitar məsələlər idarəsinin məruzəsində bildirilir.

 “Martın 1-dən mayın 14-dək hərbi əməliyyat zonasında 35 dinc sakin həlak olub, 143-ü yaralanıb”, hesabatda bildirilir.

BMT-nin hesablamalarına görə, 2014-cü ilin yazından, münaqişə başladığı dövrdən Ukraynanın cənub-şərqində 2 mindən çox dinc sakin həyatını itirib, 9 minədək insan yaralanıb, 3 milyona yaxını isə öz evini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob