Bazar ertəsi, 15 May 2017 17:41

Poroşenko: "Kiyevin Donbassdan imtinası qəbuledilməzdir"

Poroşenko: "Kiyevin Donbassdan imtinası qəbuledilməzdir"

Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev üçün Minsk müqavilələrinin alternativinin Donbassdan əl çəkmək ola biləcəyini deyərək, bu halın əslində qəbuledilməz olduğunu söyləyib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Poroşenko mayın 14-də keçirilən mətbuat konfransında Minsk razılaşmaları barədə danışıb: "Bəzi şəxslər (Minsk müqavilələrinə alternativ olaraq) Donbassı kəsək, bir hədiyyə edək, divar hörək, heç vaxt geri qaytara bilmədiyimiz üçün Donbassı unudaq kimi, təkliflər verir. Onlarla eyni düşüncədə deyiləm".

 

Poroşenko bundan əvvəl Donbass böhranının həlli ilə bağlı verdiyi açıqlamasında, Minsk müqavilələrinin qüvvədə qalmaqda davam etdiyini və yeni formatların axtarışına ehtiyac olmadığını söyləmişdir.

Şərh yaz


Məxfi kod
Yenilə