Cümə, 14 Yanvar 2022 13:45

Nur-Sultan əvvəlki adını qaytara bilər

Nur-Sultan əvvəlki adını qaytara bilər

Qazaxıstanda paytaxtın əvvəlki adının (Astana) qaytarılması üçün imza toplanmasına başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Teleqraf Agentliyi məlumat yayıb.

Müraciət mətnində deyilir ki, 2019-cu ildə Astananın adının dəyişdirilməsi cəmiyyətdə mənfi qarşılanıb və sakinlərin özləri də gündəlik həyatda şəhərin keçmiş adından istifadə edirlər.

Fəallar həmçinin şəhərin yerli hakimiyyət orqanlarından Nazarbayevin adını daşıyan küçələrə Qazaxıstanın “dövlətçiliyini, birliyini və müstəqilliyini vurğulayan” neytral adların verilməsini tələb ediblər. Məsələn, onlar Almatıdakı Nazarbayev prospektinə “Respublika” adının verilməsini xahiş edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə