Cümə axşamı, 13 Yanvar 2022 18:35

AB Ukraynaya yeni missiya göndərir - Borrell

AB Ukraynaya yeni missiya göndərir - Borrell

Avropa Birliyi Ukrayna ordusu üçün zabitlərin hazırlanması missiyasına başlayır.

Ukrinform  xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

Onun sözlərinə görə, AB yaxın vaxtlarda Ukraynaya kibertəhlükəsizlik üzrə mütəxəssislər göndərməklə bağlı qərar qəbul edə bilər.

“AB Ukraynaya dəstəyini davam etdirir. Biz ukraynalıların üzləşdiyi risklərdən biri olan kiberhücumlarla mübarizə aparmaları üçün missiya göndərməyə hazırlaşırıq”, - Borrell bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə