Cümə axşamı, 13 Yanvar 2022 13:10

KTMT sülhməramlıları Qazaxıstandan çıxarılır

KTMT sülhməramlıları Qazaxıstandan çıxarılır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları bu gündən başlayaraq Qazaxıstandan çıxarılır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

İRİB-nin məlumatına əsasən, Tokayev Qazaxıstanda vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu addım kimi qiymətləndirib: "Mənim müvafiq ölkələrin rəhbərləri ilə danışıqlarım oldu. Fürsətdən istifadə edərək, bu bir neçə gün ərzində görülən işlərə görə kontingentin komandanlığına minnətdarlığımı bildirmək istəyirəm".

Qeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Təhlükəsizlik Şurasına Tokayev özü başçılıq edib. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb. Bunun ardınca isə KTMT-dən yardım istəyib və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.

BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.

 

Şərh yaz


Məxfi kod
Yenilə