Bazar, 09 Yanvar 2022 14:20

Qırğız musiqiçisi Qazaxıstanda terrorçu adı ilə tutuldu - Video

Qırğız musiqiçisi Qazaxıstanda terrorçu adı ilə tutuldu - Video

Qazaxıstanda saxlanılan qırğız musiqiçi Vikram Ruzaxunov terrorçu deyil.

Kult.az xəbər verir ki, bunu Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Qamçıbek Taşiyev deyib.

“O, terrorçu deyil. Sadəcə olaraq, istintaq aparan adamlar ya səhvə yol veriblər, ya da o cür rəftar etmək istəyiblər. Bir daha ölkəmizin xüsusi xidmət orqanlarının rəhbəri kimi məsuliyyətlə bildirirəm ki, o, terrorçuluğa cəlb oluna bilməz. Ola bilsin ki, o, təsadüfən yanlış zamanda yanlış yerdə olub”, - Taşiyev bildirib.

Qeyd edək ki, ötən gün Qazaxıstanda aksiyalarda tutulan Qırğızıstan vətəndaşının açıqlaması yayılmışdı. Açıqlamasında bildirmişdi ki, 200 dollar qarşılığında Qazaxlstanda iğtişaşlarda iştirak etmək üçün naməlum adamlar tərəfindən ona zəng olunub.

Bu gün isə məlum olub ki, işsiz və terrorçu kimi təqdim olunan həmin şəxs Qırğızıstanın məşhur musiqiçisi Vikram Ruzaxunovdur.

Media

Şərh yaz


Məxfi kod
Yenilə