Çərşənbə, 01 Dekabr 2021 23:43

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verdi

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verdi

Qırğızıstan-Tacikistan sərhədində silahlı atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidməti məlumat yayıb.

Bildirilib ki, Qırğızıstanın Batken rayonunun Daxma ərazisinin Tacikistanla sərhəd xəttində naməlum şəxslər 7-8 dəfə atəş açıb.

Atəşin ov tüfəngindən açıldığı ehtimal edilir. Hadisənin araşdırılması üçün əraziyə hər iki ölkənin sərhəd xidmətinin yüksək rütbəliləri gəlib. Tərəflər atışmada əli olan şəxslərin axtarışı üçün tədbirlər görməyə razılaşıblar.

Şərh yaz


Məxfi kod
Yenilə