Çərşənbə, 01 Dekabr 2021 18:54

Lukaşenko NATO-nu nüvə silahı ilə təhdid etdi – VİDEO

Lukaşenko NATO-nu nüvə silahı ilə təhdid etdi – VİDEO

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, əgər NATO Polşada nüvə silahı yerləşdirərsə, Belarus Rusiyaya oxşar təkliflə müraciət edəcək.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Xatırladaq ki, daha öncə NATO Baş katibi Yens Stoltenberq bildirmişdi ki, əgər Almaniya bu növ silahların yerləşdirilmə məkanı olmaqdan imtina edərsə, həmin silahlar digər Avropa ölkələrində, o cümlədən də Almaniya sərhədlərindən şərqdə yerləşdirilə bilər.

“(Belə olan halda) mən Putinə nüvə silahını Belarusa geri qaytarmağı təklif edəcəyəm“, -deyə Lukaşenko qeyd edib.

Söhbətin nə cür silahlardan getməsinə dair suala cavab olaraq Lukaşenko deyib ki, “biz necəliyi barədə razılaşacağıq“.

“Bu cür təmas zamanı ən effektiv olacaq nüvə silahı. Biz Belarus ərazisində buna hazırıq. Mən, üzr istəyirəm, canyandıran və çalışqan bir sahibkar kimi heç nəyi məhv etməmişəm. Bütün “anbar”lar öz yerlərindədir“, – deyə Belarus prezidenti əlavə edib.

Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Belarus ərazisində onlarla “Topol” qitələrarası strateji raketləri və mindən çox taktiki nüvə başlığı var idi. Minsk Nüvə Silahının Yayılmamasına dair Sazişin imzalanmasından sonra həmin silahların ölkə ərazisindən çıxarılmasına razılıq verib.

 

 

Media

Şərh yaz


Məxfi kod
Yenilə