Çərşənbə, 24 Noyabr 2021 22:13

Abaşidzedən Karasinə: "3+3" formatında yoxuq!

Abaşidzedən Karasinə: "3+3" formatında yoxuq!

Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriqori Karasinlə görüşüb.

 Axar.az xəbər verir ki, tərəflər ölkələr arasında ticari-iqtisadi, əmlak və humanitar məsələləri müzakirə edib.

 Görüşdə Rusiya tərəfi Gürcüstanın “3+3” təşəbbüsünə münasibəti ilə maraqlanıb. Z.Abaşidze qeyd edib ki, Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcək.

Şərh yaz


Məxfi kod
Yenilə