Çərşənbə, 24 Noyabr 2021 18:24

ABŞ Rusiya və Avropanı ayırmağı hədəfləyir - Qavrilov

Məncə, ABŞ və indi nə edəcəyini bilməyən Kiyevin məqsədi Rusiya ilə Avropanı kiçik müharibə ilə ayırmaqdır.

 

Axar.az xəbər verir ki, bu sözləri Moskvanın Vyanadakı hərbi təhlükəsizlik və silahlanmaya nəzarət üzrə danışıqlarda nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.

 

“Onlar bunun nəticələrindən narahat deyillər. Bütün manevr və hədə-qorxu bunun üçündür”, - deyə Qavrilov bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə