Bazar, 24 Oktyabr 2021 21:21

Özbəkistanda səsvermə: seçici fəallığı 80%-ə qalxdı

Özbəkistanda səsvermə: seçici fəallığı 80%-ə qalxdı

Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Tass  xəbər verir ki, seçki məntəqələri yeri vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) fəaliyyətini dayandırıb.

Seçicilərin 71,8 faizi (14,258 milyon) səsvermədə iştirak edib.

Qeyd edək ki, seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Ekologiya Partiyasından Narzullo Oblomuradov, Xalq Demokratik Partiyasından Maksudə Varisova, Liberal Demokrat Partiyasından Şövkət Mirziyayev, Milli Dirəniş Partiyasından Əlişir Kodirov, Ədalət Partiyasından Bəhram Abduhəlimov.

***

MSK-nın yaydığı ən son məlumata görə, seçici fəallığı 80 faiz olub.

Şərh yaz


Məxfi kod
Yenilə