Bazar, 24 Oktyabr 2021 17:39

Rusiya su sərhədini pozan Litva merini həbs etdi

Rusiya su sərhədini pozan Litva merini həbs etdi

Rusiya sərhədçiləri Litvanın Klaypeds rayonunun meri Bronüs Markauskası saxlayıb.

RİA xəbər verir ki, bu barədə Litva XİN məlumat yayıb.

 Məlumata görə, mer iki dostu ilə birgə katerdə gəzərkən Kurşsk körfəzində Rusiya sərhədinə keçib. Mer və onun iki dostunu saxlayan rus sərhədçilər sərhəd pozulmasına görə onlara ittiham irəli sürüblər.

 Litva XİN hadisənin təsadüfən baş verdiyini, il ərzində su sərhədinin pozulması hallarının dəfələrlə olduğunu bildirib.

 Rusiya isə heç bir şərh verməyib.

Şərh yaz


Məxfi kod
Yenilə