Şənbə, 23 Oktyabr 2021 14:39

Köçəryan küçə mübarizəsinə başladı

Köçəryan küçə mübarizəsinə başladı

Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” (Hayastan) bloku mitinqə hazırlaşır.

Armenpress  xəbər verir ki, blok mitinqin növbəti həftə keçiriləcəyini açıqlayıb.

“Ermənistan” blokunun deputatı Aqnessa Hamoyan bildirib ki, mitinqin dəqiq tarixi hələ müəyyənləşməyib:

“Biz heç vaxt küçə mübarizəsindən imtina etməmişik, parlamentə daxil olduqdan sonra da bu barədə dəfələrlə mövqeyimizi bildirmişik”.

o, mitinqlə bağlı müxalifət partiyaları ilə məsləhətləşmələr aparıldığını da qeyd edib.

Şərh yaz


Məxfi kod
Yenilə