Çərşənbə, 13 Oktyabr 2021 12:12

Allahşükür Paşazadə ermənilərin katalikosu ilə görüşüb

 Allahşükür Paşazadə ermənilərin katalikosu ilə görüşüb

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş başlayıb

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata əsasən, Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilən görüş dini liderlərin Cənubi Qafqazda sülhməramlı missiyasına həsr olunub.
Dini liderlərin üçtərəfli görüşü mətbuatın iştirakı olmadan keçirilib və bu koronavirus pandemiyası ilə izah edilib. 
Ötən gün də Patriarx Kirill ayrı-ayrılıqda Allahşükür Paşazadə və II Qareginlə görüşmüşdü.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilib

Şərh yaz


Məxfi kod
Yenilə