Çərşənbə axşamı, 12 Oktyabr 2021 19:35

Sarkisyanın Baden-Badenə səfərləri ilə bağlı cinayət işi açılıb

Sarkisyanın Baden-Badenə səfərləri ilə bağlı cinayət işi açılıb

Ermənistan Xüsusi İstintaq Komitəsi keçmiş prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açıb.

 Bu barədə “Sputnik Armenia” xəbər verir.

 Bildirilib ki, oktyabrın 8-də Baş Prokurorluğa cinayət işinin başlanması ilə bağlı istintaq materialları daxil olub. İş Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə açılıb.

 Xatırladaq ki, avqustun 25-də parlamentdə çıxış edən Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Xaçatur Sukiasyan keçmiş prezident Serj Sarkisyanın Baden-Baden şəhərindəki qumarxanalarda 100 milyon dollar uduzduğunu bildirib.

 

Şərh yaz


Məxfi kod
Yenilə