Çərşənbə axşamı, 12 Oktyabr 2021 14:38

Rusiya “AstraZeneca”nın formulunu oğurlamaqda ittiham olunur

Rusiya “AstraZeneca”nın formulunu oğurlamaqda ittiham olunur

Xarici işlər naziri Sergey Lavrov Rusiyanın koronavirusa qarşı “AstraZeneca” peyvəndinin formulunu oğurlaması barədə iddialara münasibət bildirib.

TASS-in verdiyi məlumata görə, S. Lavrov Britaniya mətbuatının bu barədə yazdıqlarını əsassız adlandırıb.

 “Hesab etmirəm ki, kimsə bu əsassız ittihamları ciddi qəbul edəcək. Belə əsassız ittihamlar indiyə qədər çox olub”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə