Bazar ertəsi, 16 Aprel 2018 14:00

İraq xalqı Suriya ilə həmrəyliyini bildirmək üçün küçələrə çıxdı

İraq xalqı Suriya ilə həmrəyliyini bildirmək üçün küçələrə çıxdı

İraq xalqı aprelin 15-i bütün bölgə xalqlarını terror və havadarları olan dövlətlərə qarşı qəhrəmancasına döyüşən Suriya xalqı və ordusunu dəstəkləmək və onlarla həmrəy olduqlarını bildirmək üçün küçələrə çıxıb.

Deyerler.org xəbər verir ki, paytaxt Bağdadın Təhrir meydanında toplanan minlərlə insan ABŞ, Böyük Britaniya və Fransanın Suriya xalqını hədəfə alan hücumunu kəskin şəkildə etiraz edib.

Sədr hərəkatının lideri Müqtəda Əs-Sədrin çağırışı ilə küçələrə çıxan xalq Qərb üçlüyünün hücumlarını Suriya xalqına qarşı cinayət və zülm adlandırıblar. ABŞ bayraqlarının yandırıldığı mitinqdə təkcə İraq və Suriya bayraqları dalğalandırılıb.

Şərh yaz


Məxfi kod
Yenilə