Bazar ertəsi, 15 Yanvar 2018 12:48

İraq paytaxtında partlayış

İraq paytaxtında partlayış

Bağdadda 2 terror aktında 87 nəfər ölüb və yaralanıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraqın təhlükəsizlik mənbəyi bildirib ki, bu iki partlayış bu gün Bağdadın uçuş meydanında baş verib. 

Əl-Aləm telekanalı Bağdadda törədilən iki partlayışda ölənlərin sayının 21 nəfər olduğunu bildirib. Partlayışlarda 66 nəfər də yaralanıb. 

İraqın ŞəfərNyus portalı Aktların komikadzelər tərəfindən törədildiyini bildirərək yazıb: Komikadzelər eyni zamanda meydanda toplaşan fəhlələr arasına girərək özlərini partladıblar. 

Bu məlumata görə, bəzi yaralıların durumu ağırdır. 

Ötən şənbə günündə də Bağdadın Ədən meydanında baş verən terror aktında 3 nəfər öldü, 9 nəfər yaralandı. 

Şərh yaz


Məxfi kod
Yenilə