Cümə, 12 Yanvar 2018 13:12

Əlhuvəycə məntəqəsi təmizlənib və onlarla İŞİD terrorçusu həbs olunub

Əlhuvəycə məntəqəsi təmizlənib və onlarla İŞİD terrorçusu həbs olunub

İraqın Əlhəşduşşəbi qüvvələri dünən İraqın Kərkük vilayətinin cənub-qərbində yerləşən Əlhuvəycə məntəqəsini təmizləyərək, azı 56 İŞİD üzvünü həbs ediblər.

Əlhuvəycə məntəqəsinin və onun ətrafındakı məntəqələrin təmizlənməsi məsuliyyətinə malik olan İraqın xalq səfərbər qüvvələrinin on birinci qoşununun əməliyyat komandiri Səccad Abdullah Nasir deyib ki, Əlhəşduşşəbi qüvvələri Əlhuvəycə məntəqəsinin və onun ətrafındakı məntəqələrin ərazilərindən 1228 kilometri təmizləyib və 136 kəndi təftiş ediblər.

Abdullah Nasir söyləyib: İraqın xalq səfərbər qüvvələri Əlhuvəycə məntəqəsinin təmizlənməsi əməliyyatında onlarla partlayış bağlamasını aşkar edərək, zərərsizləşdirib və əməliyyat başa çatandan sonra özlərinin Ərriyad məntəqəsindəki baş qərargahlarına geri dönüblər.

Belə bir halda, İraqın xalq səfərbər qüvvələri bu ölkənin Səlahəddin vilayətinin şimalında yerləşən bir yüksəkliyin təmizlənməsi əməliyyatında dörd İŞİD ünsürünü öldürüblər.

 

Şərh yaz


Məxfi kod
Yenilə