Bazar, 07 Mart 2021 14:44

İranda Beynəlxalq Qurani-Kərim Yarışları başlayıb

İranda Beynəlxalq Qurani-Kərim Yarışları başlayıb

İran İslam Respublikasının 37-ci Beynəlxalq Qurani-Kərim Yarışlarının final mərhələsi ötən gecə (6 Mart 2021) öz işinə başlayıb.

İqna  xəbər verir ki, virtual keçirilən yarışların final mərhələsi ötən gün, (Şənbə, 6 mart 2021), günün ikinci yarısında, yerli vaxtla saat 19:00-da öz işinə başlayıb və axşam saat 23:00-dək davam edib.

Ötən gecə Qurani-Kərimin “tərtil” tilavəti üzrə rəqabətlərə Suriya, Misr, İraq, Hollandiya, İran, İndoneziya, Livan, Çad və Nigeriyadan olan iştirakçılar qatılıblar.

Bu yarışlar gələn həftənin Çərşənbə Axşamı gününədək hər gün yerli vaxtla saat 19:00-dan axşam saat 23:00-dək davam edəcək.

Yarışların yekun mərasimi Rəcəb ayının 27-də, əziz İslam Peyğəmbərinin (s) “besət” günü, Məbəs bayramında keçiriləcək.

Şərh yaz


Məxfi kod
Yenilə