Bazar, 29 Noyabr 2020 15:14

Təbriz Radiosundan “İRANIN FƏXRİ”adlı veriliş səsləndirildi

Təbriz Radiosundan “İRANIN FƏXRİ”adlı veriliş səsləndirildi

Görkəmli nüvə alimi Dr.Möhsün Fəxrizadənin şəhid edilməsi münasibəti ilə və o böyük alimin ölkəmizin nüvə və müdafiə sektorundakı mühüm xidmətlərini ağırlamaq üçün “İRANIN FƏXRİ”adlı veriliş şənbə günü 28 noyabrda İRİB xarici verilişlər redaksiyası Təbriz Radiosundan səsləndirildi.

Prodüseri Məhəmmədrza Rəhiminin və aparıcısı və müəllifi Əlirza Nurullahi olan həmin verilişdə Dr.Möhsün Fəxrizadənin şəhid edilməsi münasibəti ilə aliməqam rəhbər HZ.Ayətullahul-Üzma Xameneinin müraciəti oxunaraq,verilişin qonaqları və iştirakçıları:Vəliyi-Fəqihin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi,Təbrizin imam cüməsi Höccətül-İslam Dr.Ali-Haşim,Türkiyədən “Qüds TV” nin sədri Nurəddin Şirin,Azərbaycan Respublikasından jurnalist və politoloq Qurban Cəbrayil,Təbriz-Üskü-Azərşəhrin İslami Şura Məclisindəki vəkilləri Dr.Ruhullah Mütəfəkkir Azad və Dr.Əhməd Əlirza Bəygi Dr.Möhsün Fəxrizadənin göstərdiyi xidmətlərini təmcid edərək onun nurlr yolunun davamlı olacağını vurğuladılar.

Verilişdə beynəlxalq istikbar və sionizmin İran İslam Respublikasına qarşı cinayətləri məhkum edilərək heç bir güç və qüdrətin İran xalqının sülh yönlü nüvə sənayesi də daxil heç bir  sahədə inkişafının qarşısını alabilməyəcəyi vurğulandaı.

Şərh yaz


Məxfi kod
Yenilə