Bazar, 02 Avqust 2020 13:22

Zərif: Qərb terrorçulara dəstəyi kəsməlidir

Zərif: Qərb terrorçulara dəstəyi kəsməlidir

Qərb, terrorçulara dəstək və onların maliyyələşdirilməsini dayandırmalıdır

 İranın xarici işlər naziri Qərb ölkələrinin əks-inqilabçı terror qruplaşmalarına dəstəklərinin dayandırılmasının vacibliyini vurğulayıb.

Məhəmməd Cavad Zərif bildirib ki, terrorçular Amerika və Avropadakı sığınacaqlarından  İranda sivil insanları öldürmək və çaxnaşma yaratmaqla məşğuldurlar.

Zərif dünən axşam öz tvitter səhifəsində, ABŞ başda olmaqla Qərb dövlətlərinin, İran İslam Respublikasını devirmək niyyətində olan terrorçuları himayə etmələrinə toxunub. 

İranın xarici işlər naziri daha sonra yazıb: Terrorçular Amerika və Avropadakı sığınacaqlarından nifrət yayır, qətl və cinayət törətməklə çaxnaşma yaratmağa çalışır, İranda günahsız insanların qətlə yetirilməsinin məsuliyyətini tam həyasızlıqla qəbul edirlər.

Qərb ölkələrinin, İran əleyhinə təxribatçılıqla məşğul olan terror qruplaşmalarının adını təmizə çıxartmaq üzrə səylərinə toxunan İranın diplomatiya aparatının başçısı sonra yazıb: Hiylə və fırıldaqçılıq riyakarlığı ört-basdır edə bilməz.

İranın Təhlükəsizlik Nazirliyi dünən bildirib ki, Amerikadan İranda təxribatçılıq və silahlı əməliyyatları istiqamətləndirən «Tondər» terror qrupunun başçısı Cəmşid Şarməhd mürəkkəb bir əməliyyatda İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Şərh yaz


Məxfi kod
Yenilə