Şənbə, 01 Avqust 2020 20:59

İnqilab Rəhbərinin bəyanatı dünya mediasında

İnqilab Rəhbərinin bəyanatı dünya mediasında

İslam İnqilabının Böyük Rəhbərinin "Qurban Bayramı"na həsr olunmuş bəyanatı bir sıra ölkənin mediası tərəfindən işıqlandırılıb.

 Əl-Məsirə, Əl-Cəzirə və Əl-Məyadin kimi regionda və dünyada tanınmış media vasitələri İnqilab Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Qurban Bayramı münasibətilə etdikləri çıxışı birbaşa olaraq yayımlayıblar.

 Əl-Məyadin İnqilab Rəhbərinin bəyanatını yayımlayaraq, bildirib: Düşmənlər İran xalqını incitmək, İran xalqına əziyyət vermək istəyirlər. Buna görə də biz başda elm olmaqla bütün müdafiə vasitələrindən istifadə etməliyik.ABŞ-ın İran xalqına qarşı sanksiyaları böyük bir cinayətdir.

 Əl-Cəzirə kanalı da Ayətullah Seyyid Əli Xameneinin Qurban Bayramına özəl bəyanatını yayımlayaraq, bildirib: General Süleymaninin amerikalılar tərəfindən şəhid edilməsi iranlılar və iraqlılar arasındakı bağların daha da möhkəmlənməsinə səbəb oldu.

 PressTV-də İnqilab Rəhbərinin sözlərinə istinadla bildirib: ABŞ-ın İran xalqına qarşı sanksiyaları İran xalqına qarşı böyük cinayətdir.

 Royters xəbər agentliyi də İslam İnqilabının Böyük Rəhbərinin çıxışını yayımlayaraq, bildirib: ABŞ-ın sanksiyaları İranı daha güclü edibdir. ABŞ-ın İrana təzyiq göstərmək yolu ilə öz istəyinə nail olmaq arzusu heç vaxt reallaşmayacaq. İran iqtisadiyyatı neftdən asılı olmamalıdır. İran ABŞ-ın zorakılığı və quldurluğu qarşısında dayanacaq. İran öz nüvə proqramını və ballistik raket proqramlarını heç vaxt dayandırmayacaq.

Şərh yaz


Məxfi kod
Yenilə