Cümə, 22 May 2020 20:21

İslam inqilabının böyük rəhbərinin ümumdünya Qüds günü münasibəti ilə televiziya nitqinin tam mətni

İslam inqilabının böyük rəhbərinin ümumdünya Qüds günü münasibəti ilə televiziya nitqinin tam mətni

بسم الله الرّحمن الرّحیم  و الحمدلله ربّ العالمین و صلّی الله علی محمّد و آله الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین.

Dünyanın hər bir yerində müsəlman qardaşlar və bacıları salamlayır, mübarək Ramazan ayında itaətlərinin Allah dərgahına qəbul olunacağını diləyirəm, qarşıdan gələn səadətli Fitr bayramı münasibəti ilə hamısını təbrik edirəm və İlahi ziyafət ayında iştirak nemətinə görə Kərim Allaha şükür edirəm.

Bu gün Qüds günüdür; İmam Xomeyninin(r.ə) zəkalı təşəbbüskarlığı ilə, müsəlmanların Qüdsi-şərif və məzlum Fələstin barədə eyni mövqedən çıxış etməsi üçün qovuşdurucu halqa kimi təyin olan gündür hansı ki, son on illiklərdə bu sahədə aparıcı rol oynayıb və bundan sonrada inşaalah belə olacaq. Xalqlar Qüds gününü müsbət qarşıladılar və onu Fələstinin azadlıq bayrağını ayaqda saxlamaqdan ibarət olan ilk vacib iş kimi qeyd etdilər. Zalım qüvvələr və sionizmin əsas siyasəti müsəlman cəmiyyətlərin düşüncəsində Fələstin məsələsini əhəmiyyətsiz göstərmək və onu unutdurmaq səmtinə sürükləməkdən ibarətdir və ən güclü vəzifə, düşmənin siyasi və mədəni muzdluları tərəfindən elə müsəlman ölkələrin öz daxilində həyata keçən bu xəyanətlə mübarizədən ibarətdir. Həqiqət budur ki, Fələstin məsələsi kimi böyük bir məsələ,  Amerika və digər hegemonçular və onların regiondakı əlaltılarının bütün pul və güclərini ona qarşı cəlb etmələrinə rəğmən, müsəlman xalqların gün-gündən artmaqda olan qeyrəti, özünə inamı və zəkasının onun unutdurulmasına imkan verməyəcəyi qədər böyükdür.

 İlk söz, Fələstin ölkəsinin qəsb edilməsi faciəsi və orada sionist xərçəng şişinin yaradılmasından ibarətdir. Müasir dövrümüzə yaxın dövrlərdə bəşəriyyətə qarşı cinayətlər arasında heç bir cinayət bu miqyasda və bu şiddətdə olmamışdır. Bir ölkənin qəsb edilməsi və onun xalqının həmişəlik olaraq öz ev-eşiyindən və ata-baba yurdundan qovulması, üstə gəl müxtəlif növlu qətl, cinayət, soy qırımı və on illərlə bu tarixi zülmün davamı, həqiqətən bəşərin rəhmsizliyi və şeytan sifətliyi üçün yeni rekorddur.

Bu faciənin əsas amili və cinayətkarı qərb dövlətləri və onların şeytani siyasətləri idi. Birinci dünya müharibəsinin qalib dövlətləri, Asiyanın qərb regionunu, başqa sözlə Osmanlı hökumətinin Asiyadakı torpaqlarını Paris konfransında ən önəmli hərbi qənimət olaraq öz aralarında bölüşdükləri gün,  öz davamlı istilalarını sürdürmək üçün regionun ürəyində bir bazaya ehtiyaclı olduqlarını daha artıq hiss etdilər. İngiltərə illər öncə Balfur planı vasitəsi ilə lazımı zəmin yaratmışdı və yəhudi varlıları ilə məsləhətləşərək sionizm kimi bir bidəti aparıcı rol oynamağa hazırlamışdı və bu gün artıq onun konkret zəminləri hazırlanmış olurdu. Elə həmən illərdən hazırlıq işlərini tədricən biri-birinin kənarına düzərək nəhayət 2-ci dünya müharibəsindən sonra region dövlətlərinin qəfləti və başlarının qarışıq olmasından faydalanaraq öz zərbələrini endirdilər və saxta rejimi, xalqsız sionist dövlətini elan etdilər. Bu zərbənin hədəfində ilk növbədə Fələstin xalqı , ikinci növbədə isə regionun bütün xalqları dayanırdı.

Regionun növbəti hadisələrini nəzərdən keçirdikdə görünür ki, qərb dövlətləri və yəhudi şirkət sahiblərinin sionist dövlət yaratmaqdakı əsas məqsədi Asiyanın qərbində davamlı nüfuz və fəaliyyət bazası yaratmaq və region ölkələri və dövlətlərinə müdaxilə etmək, istədiklərini qəbul etdirmək və istila altına almaq üçün imkan yaratmaq olmuşdur. Məhz buna görə də, saxta qəsbkar rejimi, istər hərbi istərsə də qeyri-hərbi olsun güc imkanlarına və hətta atom silahlarına təchiz etdilər və bu xərçəng şişinin Nildən Fəratadək böyüməsini öz gündəliklərinə daxil etdilər.

Təəssüflər olsun ki, içində alqışa layiq nümunələrin də olduğu əvvəllərdəki müqavimətdən sonra bir çox ərəb dövlətləri get-gedə təslim oldular və xüsusi ilə Amerika Birləşmiş Ştatları məsələnin təşəbbüskarı kimi meydana gəldikdən sonra həm insani, islami və siyasi vəzifələrini, həm də, ərəb qeyrət və qürurlarını unutdular  və əsassız ümidlərlə düşmənin məqsədlərinin reallaşmasına kömək etmiş oldular. Kemp-Devid bu acı gerçəyin aydın nümunəsidir.

Mübariz qruplar da ilk illərdə bəzi fədakar mücahidliklərdən sonra get-gedə işğalçılar və onların himayədarları ilə uğursuz müzakirə yoluna sürükləndilər və Fələstin amalının reallaşması ilə nəticələnə biləcək yolu buraxdılar. Amerika və digər qərb dövlətləri ilə müzakirə, eləcə də təsir gücünə malik olmayan beynəlxalq qurumlarla müzakirə Fələstinin acı və uğursuz təcrübəsidir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında zeytun budağı göstərməyin, ziyanlı "Oslo" anlaşmasından başqa bir nəticəsi olmadı və nəhayət də Yasir Ərəfatın ibrətamiz taleyi ilə yekunlaşdı.

İranda islam inqilabının tulu etməsi, Fələstin uğrunda mübarizədə yeni fəsil açdı. Tağut dövründəki İranı özlərinin təhlükəsiz bazalarından biri hesab edən sionistlərin qovulmasından ibarət olan ilkin addımlardan tutmuş, sionist rejimin qeyri-rəsmi səfirliyinin Fələstin nümayəndəliyinə verilməsi və neft nəqliyyatının dayandırılmasınadək və daha böyük işlər və geniş siyasi fəaliyyətlərin hamısı bütün regionda müqavimət cəbhəsinin yaranmasına səbəb oldu və ürəklərdə məsələnin həllinə ümid çiçəkləri açıldı. Müqavimət cəbhəsinin meydana gəlməsi ilə sionist rejimin işi çətin və daha çətin oldu və əlbəttə gələcəkdə daha da çətinləşəcək inşaallah. Ancaq ABŞ başda olmaqla o rejimin hamilərinin onu müdafiə cəhdləri də son dərəcə artdı. Livanda mömin, gənc və fədakar qüvvə olan Hizbullahın yaranması və Fələstin sərhədləri daxilində Həmas və İslami Cihad kimi stimullu qrupların təşkil olunması sadəcə sionist başçılar deyil Amerika və digər qərb düşmənlərini də təşvişə saldı. Onlar qəsbkar rejimə hər cür dəstəkdən sonra regionun daxilində ərəb cəmiyyətindən qüvvə toplamağı öz proqramlarına daxil etdilər. Onların çox geniş fəaliyyətlərinin nəticəsi bu gün bəzi ərəb dövlətlərinin başçılarının və bəzi xain ərəb siyasi və mədəni fəalların  sözü və rəftarında öz əksini taparaq açıq-aşkar surətdə hamının gözü qarşısındadır.


 Bu gün hər iki tərəfdən mübarizə səhnəsində fərqli fəaliyyətlər zühur edir. Bu fərqlə ki, müqavimət cəbhəsi qüdrətə, artan ümidə və qüdrət elementlərinin günbəgün artan cəzbinə doğru hərəkət edir və əks cəbhədə zülm və küfr və imperializm günbəgün daha da içiboş, daha da məyus və daha da aciz olur.

Bu müddəanın aydın nişanəsi budur ki, bir zaman məğlubedilməz və çevik ordu sayılan və iki hücumçu ölkənin böyük ordularını bir neçə gündə dayandıran sionist ordu bu gün Livan və Qəzzədə mübariz xalq qüvvəlrinin qarşısında geri çəkilməyə və məğlubiyyəti etiraf etməyə məcbur olur. Bununla belə, mübarizə meydanı çox həssas, dəyişkən və daimi qorumaya ehtiyaclıdır və bu mübarizənin mövzusu çox mühüm və həyatidir. Hər cür səhlənkarlıq və əsaslı hesablamalarda xəta, ağır ziyanlar vuracaq.

Bu əsasda Fələstin məsələsinə ürək yandıran hər kəsə bir neçə tövsiyə edirəm:

1- Fələstinin azadlığı üçün mübarizə, fisəbilillah cihadı və islami tələb və fərizədir. Bu cür mübarizədə qələbə təmin edilib. Zira mübariz şəxs hətta öləcəyi təqdirdə də Əlhusəneyn məqamına çatıbdır. Bundan əlavə, Fələstin məsələsi bir insani məsələdir. Milyonlarla insanın ev, əkin sahəsi və iş yerindən çıxarılması özü də qətl və cinayətlə çıxarılması həm insan vicdanının narahat edir, həm də ciddi-cəhd və şücaətə malik olacağı halda mübarizəyə vadar edir. Bəs onu sırf fələstinli və ya ərəb məsələsinə məhdudlaşdırmaq böyük bir xətadır. Bir neçə fələstinli ünsürün və ya bir neçə ərəb ölkəsi hökmranının sazişini bu insani və islami məsələdən keçmək üçün bir icazə sayan şəxslər məsələni dərk etməkdə xətaya və ola bilsin, onun təhrifi və ona xəyanətə düçar olublar.

2- Bu mübarizənin məqsədi, bütün Fələstinin azadlığı və bütün fələstinlilərin öz ölkələrinə geri dönmələridir. Onu bu diyarın bir guşəsində bir dövlətin təşkili ilə azaltmaq özü də sionistlərin ədəbiyyatında ədəbsiz kimi yad edilən təhqiramiz yolla həyata keçirilməsi nə haqsevərlik, nə də ki, reallıq nişanəsidir. Məsələ burasındadır ki, bu gün milyonlarla fələstinli özünəinam, təcrübə və təfəkkürün yüksək dərəcəsinə çatıbdır ki, bu böyük cihadı ciddi-cəhd nişanəsi etsinlər və əlbəttə, Allah-Taalanın köməyilə və yekun qələbəyə əmin olsunlar ki, buyurub:

وَ لَیَنصُرَنَّ‌ اللهُ مَن یَنصُرُه، اِنَّ اللهَ لَقَوِیٌّ عَزیزٌ

Şübhəsiz, dünya müsəlmanlarının bir çoxu onlara kömək edəcək onların dərdi ilə bölüşəcəklər, inşaallah.

3- Hərçənd bu mübarizədə hər bir halal və qanuni imkandan bəhrələnməyə yol verilir, o cümlədən beynəlxalq himayələr, lakin qəti şəkildə Qərb dövlətlərinə və zahirdə və gizlidə onlardan asılı olan beynəlxalq təşkilatlara etimaddan çəkinmək lazımdır. Onlar hər cür təsirli islami varlıqla düşməndirlər. Onlar insanların və xalqların hüquqlarına etinasızdırlar. Onların özləri İslam ümmətinə qarşı ən çox xəsarətlər və cinayətlərin amilidirlər. Hazırda hansı beynəlxalq orqan və ya hansı cinayətkar qüdrət bir neçə islam və ərəb ölkəsindəki süni qıtlıqlara, bombardmanlara, qətli-amlara və militarizmlərə cavabdehdirlər?

Bu gün dünya birbəbir bütün dünyadakı koronavirus qurbanlarını sayırlar. Amma heç kəs soruşmur ki, Amerika və Avropanın müharibə alovu saldıqları ölkələrdəki yüz minlərlə şəhid, əsir və itkin ilə bağlı kim məsuliyyət daşıyır və qatil kimdir? Əfqanıstan, Yəmən, Liviya, İraq, Suriya və digər ölkələrdə nahaq yerə tökülmüş bu qədər qan ilə bağlı kim məsuliyyət daşıyır? Fələstindəki bu qədər cinayət, qəsb, dağıntı və zülmdə kim məsuliyyət daşıyır? Nə üçün heç kəs İslam Dünyasındakı bu milyonlarla məzlum uşaq, qadın və kişini saymayıb? Nə üçün müsəlmanların qırğın edilmələrilə bağlı başsağlığı vermir? Nə üçün milyonlarla fələstinli 70 il öz ev-eşiyindən uzaq düşməli və sürgündə olmalıdır? Və nə üçün müsəlmanların ilk qibləsi olan Qüdsi-Şərifə hörmətsizlik edilməlidir? Sözdə, Birləşmiş Millətlər Təşkilatı öz vəzifəsinə əməl etmir və sözdə insan haqları orqanları ölüblər? Uşaq və qadınların hüquqlarının müdafiəsi şüarı Yəmən və Fələstinin məzlum uşaqları və qadınlarına şamil olmur. Budur, zalım Qərb gücləri və onlardan asılı olan beynəlxalq təşkilatların vəziyyəti. Onların ardınca düşən bölgədəki bəzi dövlətlərin rüsvayçılıqdakı vəziyyəti də dilə gətiriləsi deyildir.

Bəs mömin və qeyrətli müsəlman cəmiyyəti öz gücünə söykənməlidir. Öz güclü əlini çıxarıb, Allah-Taalaya təvəkkül etməklə maneələrdən keçməlidir.

4- İslam Dünyasının siyasi və hərbi elitasının diqqətindən yayınmamalı məsələ, Amerika və sionistlərin döyüşləri müqavimət cəbhəsinin arxasına köçürmələrindədir.

Suriyada daxili savaşların salınması, Yəməndə hərbi mühasirə və gün ərzindəki qırğın, İraqda İŞİD-in yaradılması, terror və dağıntı, bəzi digər region ölkələrindəki oxşar hadisələrj, bütün bunlar müqavimət cəbhəsnin başını qatmaq və sionist rejimə fürsət vermək üçün bir hiylələrdir. Müsəlman ölkələrindəki bəzi siyasətçilər biməyərəkdən, bəziləri isə bilərəkdən, düşmənin bu hiylələrinin xidmətində durublar. Bu xəbiscəsinə siyasətin icrasının qarşısının alınması yolu, əsasən, bütün İslam Dünyasındakı qeyrətli gənclərin ciddi tələbləridir.

Bütün islami ölkələrdə, xüsusən ərəb ölkələrindəki gənclər böyük İmam Xomeyninin tövsiyəsini nəzərdən qaçırmamalıdırlar ki, buyurub: Var gücünüzlə Amerikanın və sionist düşmənin başına qışqırın.

5- Sionist rejimin regiondakı iştirakının adiləşdirilməsi siyasəti Amerikanın başlıca siyasətlərindən biridir. Amerikanın kuryeri rolunu oynayan regiondakı bəzi ərəb dövlətləri bu barədə ona lazım olan hazırlıqları, o sıradan iqtisadi əlaqələr və sair kimi məsələləri həyata keçiriblər. Bu səylər tamamilə nəticəsizdir. Sionist rejim bu region üçün əsl ziyan və təhlükəli bir törəmədir. Və mütləq kökü kəsilərək, kənara atılacaqdır. Abırsızlıq və üzüqaralıq o kəslərə qalacaqdır ki, öz imkanlarını bu imperialist siyasətin xidmətinə qoyublar. Bəziləri bu çirkin rəftarı əsaslandırmaq üçün dəlil gətirirlər ki, sionist rejim regionda bir reallıqdır, hansı ki, xatırlamırlar ki, təhlükəli və zərərli reallılqlarla mübarizə aparmaq və onu izolə etmək lazımdır.

Bu gün koronavirus bir reallıqdır və bütün şüurlu insanlar onunla mübarizəni vacib bilirlər. Uzun sürən sionizm virusu şübhəsiz, bundan sonra uzun sürməyəcək və bu regiondakı gənclərin qeyrəti, imanı və ciddi-cəhdi ilə kökündən çıxarılacaqdır.

6- Mənim əsas tövsiyəm, cihad təşkilatlarının təşkilatlandırılması, mübarizənin davam etdirilməsi və onların bir-birilərilə həmkarlıq etmələri və bütün Fələstin ərazilərində cihad meydanının genişləndirilməsidir. Hamı bu müqəddəs cihadda Fələstin xalqına kömək etməlidir. Hamı fələstinli mübarizin əlini dolu, onun arxasını möhkəm etməlidir. Biz fəxrlə bu yolda əlimizdən gələni etməliyik. Bir gün biz yəqin etdik ki, fələstinli mübarizin dini, qeyrəti və şücaəti var və onun yeganə problemi, əlində silahın olmamasıdır.

Allah-Taalanın köməkliyi ilə proqramlaşdırma apardıq və nəticə budur ki, Fələstində qüdrət tarazlığı dəyişib və bu gün Qəzzə sionist düşmənin hərbi hücumları qarşısında dayana və ona qalib gələ bilər. İşğal olunmuş ərazilər adlandırılan bölgədəki bu parametr dəyişikliyi Fələstin məsələsini yekun addımlara yaxınlaşdıra biləcək. Bu məsələdə Fələstin muxtariyyətinin üzərinə böyük bir vəzifə düşür. Vəhşi düşmənlə yalnız güc mövqeyindən danışılmalıdır. Bu qüdrətin zəminləri əlhəmdulillah, Fələstinin müqavimətli və şücaətli xalqında hazırdır. Fələstinli gənclər bu gün öz ləyaqətlərini müdafiə etməyə teşnədirlər. Fələstində Həmas və İslami Cihad, Livanda isə Hizbullah hamıya öz son sözlərini deyiblər.

Dünya sionist ordunun Livan sərhədlərini pozaraq, Beyrutadək irəlilədiyini unutmayıb və unutmayacaqdır. Dünya Ariel Şaron adında cinayətkar qatilin Səbra və Şətilada qan hamamı törətdiyini, eləcə də elə bu ordunun Hizbullahın dağıdıcı zərbələri altında böyük tələfat verib və məğlubiyyətini etiraf etməkdən başqa heç bir çarəsinin olmadığı və beləliklə Livan sərhədlərindən geri çəkildiyi və atəşkəs üçün yalvarışa düşdüyü günləri unutmayıb və unutmayacaqdır.

Əli dolu olmaq və qüdrət mövqeyi, budur!

Qoy, Səddam rejiminə kimyəvi maddələr satdığına görə, filan Avropa dövləti əbədiyyətə qədər başıaşağı olsun, başıuca mübariz Hizbullahı qanunsuz bilsin. Qanunsuz, Amerika kimi bir rejimdir ki, İŞİD-i düzəldib və onun kimi rejim Avropa dövlətidir ki, İranın Banə şəhərində və İraqın Hələbçə şəhərində minlərlə nəfər onun kimyəvi maddələri nəticəsində ölüm ayağına getdi.

7- Son söz isə bundan ibarətdir ki Fələstin fələstinlilərə aiddir və onların iradəsi ilə idarə olunmalıdır. Təxminən 20 il öncə təqdim etdiyimiz Fələstindəki bütün dinlər və etniklərin iştirakı ilə  keçirilməsini nəzərdə tutan referendum layihəsi, Fələstinin bu günü və sabahının problemləri üçün nəzərdə tutulmalı olan yeganə nəticədir. Bu layihə qərb dövlətlərinin öz mediaları vasitəsi ilə təkrarladıqları antisemitizm iddiasının kökündən əsassız olduğunu göstərir. Bu layihədə yəhudi, xristian və müsəlman fələstinlilər bir-birlərinin kənarında bir referendumda iştirak edir və Fələstin ölkəsinin siyasi sistemini müəyyənləşdirirlər; qətiyyətlə getməli olan sionist rejimdir və sionizmin özü yəhudi ayinində bir bidət olaraq tamam ilə ona yaddır.

Sonda Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi və Seyid Abbas Musəvidən tutmuş böyük islam sərkərdəsi və müqavimətin unudulmaz siması olan şəhid Qasim Süleymani və böyük iraqlı mücahid şəhid Əbu-Mehdi Əl-Mühəndisdən və digər şəhidlərdən ibarət Qüds şəhidlərinin xatirəsini anıram və izzət və cihad yolunu üzümüzə açan yüksək mövqeli İmam Xomeyninin ruhuna salamlar göndərirəm, eləcə də, illər boyu bu yolda səy göstərmiş mücahid qardaş mərhum Hüseyn Şeyxül-islama ilahi rəhmət diləyirəm. Sonda bütün əziz tamaşaçı və dinləyicilərə deyirəm ki, bu ilki Qüds günü əziz Qasim Süleymaninin olmadığı ilk Qüds günüdür, onun ruhunun şad olması üçün hamınız bir həmd və bir qolhovəllah oxuyun

 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ ﴿۱﴾ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِینَ ﴿۲﴾ الرَّحْمَنِ الرَّحِیمِ ﴿۳﴾ مَالِکِ یَوْمِ الدِّینِ ﴿۴﴾ إِیَّاکَ نَعْبُدُ وَإِیَّاکَ نَسْتَعِینُ ﴿۵﴾ اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِیمَ ﴿۶﴾ صِرَاطَ الَّذِینَ أَنْعَمْتَ عَلَیْهِمْ غَیْرِ الْمَغْضُوبِ عَلَیْهِمْ وَلَا الضَّالِّینَ ﴿۷﴾

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ
قُلْ هُوَ اللَّهُ أَحَدٌ ﴿۱﴾ اللَّهُ الصَّمَدُ ﴿۲﴾ لَمْ یَلِدْ وَلَمْ یُولَدْ ﴿۳﴾ وَلَمْ یَکُنْ لَهُ کُفُوًا أَحَدٌ ﴿۴﴾

 

 

Şərh yaz


Məxfi kod
Yenilə