Bazar, 24 Mart 2019 13:21

İranın ilk modern turizm gəmisi suya salınıb

İranın ilk modern turizm gəmisi suya salınıb

İranın 220 sərnişini daşımaq qabiliyyətinə malik ilk modern sərnişin və turizm gəmisi suya salınıb.

Mərasim İranın vitse-prezidenti Sorena Səttari və İranın cənubunda yerləşən Kiş azad zonasının icraçı müdiri Qolamhoseyn Mozəffərinin iştirakı ilə keçirilib.

“Tarman Top Tours” tipli bu gəmi İranın ən böyük və ən modern sərnişin gəmisi hesab edilir.

Beynəlxalq təsdiqə malik olan bu sərnişin gəmisi sərnişin daşımaqdan əlavə, səksən ton yük və on avtomobili daşıya və iki giriş qapısı vasitəsilə yükləyib, boşalda bilər.

Sürət, müxtəlif atmosfer şəraitində dənizçilik qabiliyyəti və hətta dörd metrlik hündürlüyə malik dalğalarda hərəkət, qeyd olunan gəminin özəlliklərindən sayılır.

Şərh yaz


Məxfi kod
Yenilə