Cümə axşamı, 21 Mart 2019 13:46

İnqilab Rəhbərinin Novruz müraciəti

İnqilab Rəhbərinin Novruz müraciəti

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei "Novruz" bayramı və yeni günəş ilinin gəlib çatması münasibətilə müraciət ediblər. Müraciətin tam mətni belədir:

بسم الله الرحمن الرحیم 

 

"یا مقلب القلوب و الابصار یا مدبرالیل و النهار  یا محول الحول و الاحوال حول حالنا الی احسن الحال"

Allaha həmd olsun ki, Əmirəlmöminin və Təqvalılar Movlasının mübarək mövluduna təsadüf edən novruz bayramı münasibətilə əziz İran xalqını təbrik etməyi bizə qismət elədi.

Əziz həmvətənlərim, bayramınız mübarək olsun! Ümidvaram ki, hamınız sağlam şəraitdə, şən əhval-ruhiyyə ilə və maddi-mənəvi müvəffəqiyyətlər içərisində inşallah yeni ilə qədəm qoyursunuz. Hörmətli şəhid ailələri, əziz qazilər və onların möhtərəm ailələrini xüsusilə təbrik edirəm. Böyük İmamımızın pak ruhuna, eləcə də şəhidlərin pak ruhuna salam və dualarımı ifadə edirəm.

Macəralı bir ili arxada qoyduq. Başa vurduğumuz ildə İran xalqı sözün əsl mənasında parladı. Düşmənlər plan hazırlamışdılar. İran xalqına qarşı müxtəlif planlara malik idilər. Xalqın ötkəmliyi, xalqın bəsirəti və gənclərin səyi nəticəsində düşmənlərin planları alt-üst oldu. Sərt sanksiyaları və onların ifadəsi ilə desək-Amerika və Avropanın misli görünməyən sanksiyaları-qarşısında İran xalqı həm siyasi arenada, həm də iqtisadi arenada möhkəm və qüdrətli reaksiya göstərdi. Siyasi arenada bu reaksiyanın təzahürü əzəmətli 22 bəhmən(11 fevral) nümayişləri və xalqın bütün il boyunca öz iradəsini və mövqeyini sərgiləməsi oldu. İqtisadi qarşıdurmadakı mövqeyinə gəlincə isə elmi-texniki novatorluğun artması, infrastruktur və əsaslı yerli istehsalatın artması onun təzahürünü təşkil etdi. Buna, son günlər İranın cənubundakı müxtəlif qaz layihələrinin istifadəyə verilməsini, Bəndərabbasda nəhəng neftayırma zavodunun istifadəyə verilməsini və bu qəbildən olan işləri misal göstərmək olar.

Xalq düşmənlərin düşmənçiliyi və xəbis qərarları qarşısında öz qüdrəti, öz möhkəmliyi və öz əzəmətini nümayiş etdirdi.  Bununla da xalqımızın etibarı, inqilabımızın abırı və İslam Respublikası dövlətinin abırı,  Allaha şükürlər olsun ki, artdı.Ölkənin əsas problemi bu gün iqtisadi problemdir. Xüsusilə də ötən aylar ərzində xalqımızın məişət problemləri artmışdır. Bunların bir hissəsi iqtisadi məsələlərdə nöqsanlı idarəçiliyə aiddir ki, mütləq həll olunmalıdır. Proqramlar hazırlanıb, tədbirlər görülür. Allah qoysa bu tədbirlər elə bu andan başlayan yeni ildə 1398-də inşallah öz bəhrəsini verəcək və xalqımız onun təsirlərini hiss edəcəkdir.Mənim qeyd etmək istədiyim məsələ budur ki, ölkənin təcili və ciddi məsələsi, ölkənin prioriteti hələlik iqtisadi məsələdir. İqtisadiyyat sahəsində çoxlu məsələlər mövcuddur. Milli valyutanın öz dəyərini qismən itirməsi mühüm məsələdir. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, zavodlar və fabriklərin problemləri, onların fəaliyyətlərini azaltmaları, bəzi zavodların isə bağlanması bu qəbildən olan bproblemlərdəndir. Mən bu barədə araşdırma aparmışam və ekspertlərin fikirlərindən istifadə etmişəm. Çıxış yolu və problemin açarı milli istehsalın inkişafıdır. 1397-ci ili İran mallarını və istehsalını himayə ili elan etdik. Bu şüara tam şəkildə əməl olundu deyə bilmərik. Amma, bu şüarın geniş surətdə diqqət mərkəzində durduğunu söyləyə bilərəm. Və əksər hallarda bu şüar xalq tərəfindən qavranıldı və icra olundu və bu qətiyyət təsirli olacaqdır.Bu il istehsal məsələsi gündəmdədir. İstehsal məsələsini fəaliyyətlərin ana xətti kimi təyin etmək istərdim.İstehsal barədə hədəfimi Allah qoysa yeni ilin birinci günü öz çıxışımda izah edəcəyəm. İstehsalda nəyi nəzərdə tuturuq? İstehsal reallaşarsa həm məişət problemlərini həll edər, həm də ölkənin əcnəbilərə və düşmənlərə asılılığına son qoyar. Eyni zamanda işsizlik problemi aradan qalxar və milli valyuta xeyli miqdarda güclənər.Bu səbəbdən istehsal məsələsi mənim qənaətimcə bu ilin əsaslı və prioritet məsələsidir. Elə isə bu ilin şuarını belə təyin etdim: İstehsala rövnəq, istehsala rövnəq. Hamı çalışmalıdır ki, istehsal ölkədə rövnəqlənsin. İlin əvvəlindən sonunadək inşaallah bu məna ölkədə dolğun şəkildə hiss edilsin. Əgər bu, baş tutarsa, ümid edirəm ki, inşaallah iqtisadi problemlər öz həllini tapacaqdır.

Könüldən gələn sevgimi salam və salavatı Həzrət Vəliyi Əsr Ərvahuna Fədaya ərz edirəm və o imamın dualarının siz əziz xalqımıza şamil olmasını arzulayıram.

İran xalqının və Novruz bayramını keçirən bütün xalqların səadət və xoşbəxtliyini Allah taaladan diləyirəm.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuho

 

Şərh yaz


Məxfi kod
Yenilə