Cümə, 22 Fevral 2019 10:55

İranın qərbində iki terror dəstəsi həbs olunub

İranın qərbində iki terror dəstəsi həbs olunub

İranın Təhlükəsizlik Nazirliyi bildirib ki, ölkənin qərbində yerləşən Kürdüstan vilayətində İŞİD qrupundan asılı olan iki terror dəstəsi aşkar edilərək, həbs olunub.

İranın Təhlükəsizlik Nazirliyi bir məlumatda bildirib: İki terror dəstəsi formasında İranın sünni əhlindən olan bəzi din xadimlərini terror və əhalini qırğın etmək, həmçinin bomba qoymaq niyyətində və İŞİD qruplaşmasının tabeliyində olan on üç nəfər aşkar edilərək, həbs olunubdur.

Terrorçulardan bəziləri İrandan xaricdə hərbi təlim alıb. Onlar İŞİD qruplaşmasının hərbi əməliyyat başçılarından birinin istiqamətləndirməsilə terror hərəkətləri törətmək niyyətində olublar.

Bu terrorçulardan silah, sursat və uzaqdan idarə olunan bombalar aşkar edilibdir.

 

Şərh yaz


Məxfi kod
Yenilə