Cümə, 22 Fevral 2019 09:19

İran prezidenti Ayətullah Mohəmməd Momenin vəfatı münasibətilə başsağlığı verib

İran prezidenti Ayətullah Mohəmməd Momenin vəfatı münasibətilə başsağlığı verib

İran İslam Respublikasının prezidenti bir müraciətdə Rəhbərlik Xobreqanı Məclisi və Əsas Qanun üzrə Nigəhban Şuranın üzvü böyük fəqih və mücahid Həzrət Ayətullah Mohəmməd Momenin vəfatı münasibətilə başsağlığı verib.

Həsən Ruhani dünən gecə bu başsağlığı müraciətində bidirib: Rəhbərlik Xobreqanı Məclisi və Əsas Qanun üzrə Nigəhban Şuranın üzvü böyük fəqih və mücahid Həzrət Ayətullah Mohəmməd Momenin vəfatı böyük qəm-kədərə səbəb oldu.

İran İslam Respublikası prezidentinin müraciətində sonra deyilir: İmam Xomeyni(r.ə.) məktəbinin yetirmələrindən və müstəbid şah hökuməti ilə mübarizə edənlərdən olan bu mömin fəqih, pak İmamlar(ə)-ın təlimləri və real xüsusiyyətlərini tədris etmək, dini elmləri ardıcıl şəkildə təbliğ etmək və yaymaqla islami hərəkatın səmərə verməsində təsirli rol oynayıbdır.

İran İslam Respublikası prezidenti həmçinin Ayətullah Momenin vəfatı münasibətilə İslam İnqilabının Böyük Rəhbərinə, böyük təqlid mərcələrinə, dini elmlər mərkəzlərinə və İslami İranın qədirbilən xalqına başsağlığı veribdir.

Rəhbərlik Xobreqanı Məclisi və Əsas Qanun üzrə Nigəhban Şuranın üzvü Ayətullah Mohəmməd Momen dünən gecə haqqın dəvətinə ləbbeyk deyərək, dünyasını dəyişdi.

Ayətullah Mohəmməd Momen uzun sürən ağır xəstəlikdən sonra Tehrandakı Xatəmulənbiya xəstəxanasında vəfat etdi.

Şərh yaz


Məxfi kod
Yenilə