Cümə axşamı, 14 Fevral 2019 14:41

Əziz gənclərimə, İslam Respublikasının yeni fəslinin başlanğıcında...

Əziz gənclərimə, İslam Respublikasının yeni fəslinin başlanğıcında...

İslam İnqilabının Böyük Rəhbəri İslam İnqilabının qələbəsinin qırxıncı ildönümü münasibətilə verdikləri mühüm bəyanatda İran gəncləri ilə söhbət ediblər.

Əziz gənclərimə, İslam Respublikasının yeni fəslinin başlanğıcında

İslam İnqilabının qələbəsinin qırxıncı ildönümü və İran İslam Respublikasının həyatın yeni fəslinə daxil olması münasibətilə Həzrət Ayətullahuluzma Xamenei mühüm və strateji bir müraciətdə xalqın 22 bəhmən yürüşündəki başıuca və düşmənsındıran iştirakına görə təşəkkür edərək, ötən 40 ildə keçilmiş iftixarla dolu yolun və İslam İnqilabının əziz İranı xalqın layiqli yerinə çatdırmaq sahəsindəki heyrətləndirici bərəkətlərini bəyan edib və gələcəyə realcasına ümidə və gənclərin amallara dorğu ikinci böyük addım atmaq sahəsindəki əvəzsiz rolunu vurğulayaraq, gənclərə və İranın qüdrətli gələcək qurucularına xitabən bu böyük cihadın zərurətlərini yeddi əsas fəsildə bəyan ediblər.

İslam İnqilabının Böyük Rəhbərinin bəyanatının mətni belədir:

 بسم‌اللّه الرّحمن الرّحیم

الحمدللّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله‌ الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین

 Bütün zülm altında olan xalqlar arasından az sayda xalq inqilaba ciddi-cəhd göstərir; və ayağa qalxaraq, inqilab etmiş xalqlar arasında az görünübdür ki, işi axıra çatdıra və hökumətlərin dəyişmələrindən başqa, inqilab amallarını qorumuş olsunlar. Amma yeni dövrün ən böyük və ən xəlqi inqilabı olan İran xalqının əzəmətli inqilabı yeganə inqilabdır ki, iftixarla dolu qırxilliyi öz amallarına xəyanət etmədən arxada qoyub və müqavimətedilməz kimi görünən bütün həyəcanlar qarşısında öz ləyaqətini və şüarlarının əslliyini qoruyub və indi özünüdüzəltmə, cəmiyyətlə məşğulolma və sivilizasiyayaratmanın ikinci mərhələsinə daxil olubdur. Səmimi qəlbdən bu xalqa eşq olsun! Başlayan və davam etdirən nəsilə və hazırda ikinci qırx ilin böyük və beynəlxalq prosesinə daxil olan nəsilə eşq olsun!

 Dünyanın materialist Şərqi və Qərbi arasında bölündüyü və heç kəsin böyük dini bir hərəkatı güman etmədiyi o zaman İran İslam İnqilabı qüdrət və əzəmətlə meydana girdi; çərçivələri sındırdı; şablonların köhnəliyini dünyaya göstərdi; din və dünyanı bir-birinin kənarında irəli sürdü və yeni dövrün başlandığını elan etdi. Təbii idi ki, zülm və azğınlıq başçıları reaksiya göstərəcəkdilər. Amma bu reaksiya uğursuz qaldı. Modern sağ və sol təmayüllülər bu yeni və fəqli səsi eşitmək təzahüründən tutmuş onu boğmaq üzrə müxtəlif və geniş səylərədək hər nə etdilərsə, özlərinin sonlarına daha da yaxınlaşdılar. İndi inqilabın qırx illik şənliyinin və qırx Fəcr ongünlüyünün keçməsilə o iki düşmən mərkəzlərindən biri məhv oldu və o birisi də ölümünün yaxınlaşması xəbərini verən problemlərlə əlbəyaxadır! Və İslam İnqilabı öz şüarlarını qoruyub onlara sadiq qalmaqla irəliləməkdə davam edir.

 Hər şey üçün faydalı ömür və istehlak tarixi fərz etmək olar, amma bu dini inqilabın beynəlxalq şüarları bu qaydadan müstəsnadır. Onlar heç vaxt istehlaksız və faydasız olmayacaqdır, zira insan fitrəti bütün dövrlərdə ona bağlıdır. Azadlıq, əxlaq, mənəviyyat, ədalət, istiqlaliyyət, izzət, aqillik və qardaşlığın heç biri bir nəsilə və bir cəmiyyətə aid deyildir ki, bir dövrdə parlamış və başqa bir dövrdə isə tənəzzül etmiş olsun. Əsla bir xalqı təsəvvür etmək olmaz ki, bu mübarək perspektivlərdən bezmiş olsun. Bezmə halı yaranan zaman səbəb, rəsmilərin, onlara sadiqlikləri və onların reallaşması üçün səy göstərmələrinə görə deyil, bu dini dəyərlərdən üz döndərmələri olubdur.

İslam İnqilabı canlı və iradəli bir fenomen kimi daima yumşaqlığa və öz səhvlərini düzəltməyə hazırdır. Amma yenidən nəzərdən keçiriləsi və zəiflik əhli deyildir. Tənqidlərə müsbət müsbət həssaslıq göstərir və onu Allahın neməti və reallaşmayan sözlərin sahiblərinə xəbərdarlıq sayır, amma heç bir bəhanə ilə əlhəmdulillah, xalqın dini imanı ilə qarışmış dəyərlərdən uzaqlaşmır. İslam İnqilabı sistemləşəndən sonra tənəzzülə və sönüklüyə düçar olmayıb və olmayacaq və inqilabçı coşqunluq, siyasi və ictimai quruluş arasında təzad və uyğunsuzluq görmür, əksinə inqilabçı quruluş nəzəriyyəsini əbədiyyətədək müdafiə edir.

İran İslam Respublikası geridə qalmış, həmçinin cürbəcür fenomenlər və mövqelər qarşısında duyğusuz və idraksız deyil. Amma öz prinsiplərinə son dərəcə sadiq, eləcə də rəqibləri və düşmənləri ilə sərhədlərə olduqca həssasdır. Öz əsas xətlərinə laqeydlik etmir və onun üçün nə üçün və necə qalması mühümdür. Şübhəsiz, gərəklər və reallıqlar arasındakı məsafə həmişə amalpərəst vicdanlara əzab verib və verir, amma bu, keçilmiş məsafədir və ötən qırx ildə bəzi hallarda dəfələrlə keçilibdir və şübhəsiz, gələcəkdə mömin, bilikli və stimullarla dolu gənc nəslin iştirakı ilə daha artıq qüdrətlə keçiləcəkdir.

 İran xalqının İslam İnqilabı güclü, amma mehriban, güzəştə gedən və hətta məzlum olubdur. Bir çox qiyamlar və hərəkatların biabırçılıq əsası olan ifratçılıqlara və solçuluqlara qurşanmayıbdır. Heç bir döyüşdə hətta Amerika və Səddamla döyüşdə birinci gülləni atmayıb və bütün hallarda düşmənin hücumundan sonra özünü müdafiə edib və əlbəttə, qarşılıqlı cavab zərbəsini möhkəm vurubdur. Bu inqilab başlanğıcdan bugünədək nə rəhmsiz və qantökən olub, nə də ki, zəif və tərəddüdlü. Açıq şəkildə və şücaətlə zorakılar və boyunsındıranlar qarşısında dayanıb, məzlumları müdafiə edibdir. Bu inqilbaçı comərdlik və mürüvvət, bu sədaqət, açıqlıq və qüdrət, dünya məzlumları qarşısındakı bu beynəlxalq və regional əməl dairəsi İranın və iranlının başıucalığı mənbəyidir və daim belə olsun.

İndi İslam Respublikasının həyatının yeni fəslinin başlanğıcında bu kiçik bəndə əziz gənclərimlə,  İslami İranı qurmaq üzrə böyük cihadın digər bir hissəsini yaratmağa başlamaq üçün əməl meydanına girən nəsil ilə söhbət etmək istəyirəm.

İlk söz, keçmiş barəsindədir.

 

Əzizlər! Bilməyənləri yalnız öz təcrübənlə və ya başqalarının təcrübələrini dinləməklə bilmək olar. Bizim gördüklərimizin və sınadıqlarımızın bir çoxunu sizin nəsil hələ görməyib və sınamayıbdır. Biz görmüşük və siz görəcəksiniz. Gələcək onilliklər sizin onilliklərinizdir və məhz siz təcrübə və böyük stimulla öz inqilabınızı qorumalısınız və onu Böyük Vilayət(ərvahunafədah) günəşinin çıxmasına hazırlıq və yeni islami sivilizasiyanın yaradılması olan öz böyük amalına tez bir zamanda yaxınlaşdırmalısınız.

Gələcəkdə möhkəm addımlar atmaq üçün keçmişi düzgün tanımaq

təcrübələrdən dərs almaq lazımdır. Bu strategiyadan qəflətə qapılarsa, yalanlar həqiqətlərin yerini tutacaq və gələcək naməlum təhdidlərə məruz qalacaq. İnqilab düşmənləri güclü stimulla, keçmiş və hətta indiki zaman barədə təhrif və yalanlar deyəcək və onun üçün puldan və bütün vasitələrdən istifadə edəcəklər. Fikir, əqidə və agahlıq quldurları çoxdurlar. Həqiqəti düşməndən və onun piyada qüvvələrindən dinləmək olmaz.

İslam İnqilabı və ondan yaranmış quruluş sıfır nöqtəsindən başlandı.

Birincisi, hər şey bizə qarşı idi- istər asılı, pozğun, istibdab və çevriliş mahiyyətindən əlavə, İranda ilk monarxiya rejimi olaraq, öz qılıncının gücünə deyil, əcnəbinin əli ilə hakimiyyətə gəlmiş pozğun tağut rejimi, istər Amerika dövləti və bəzi digər Qərb dövlətləri, istərsə də son dərəcə qarışıq daxili durum və elm, texnologiya, siyasət, mənəviyyat və hər bir digər fəzilətdəki utancgətirici gerilik.

İkincisi, qarşımızda heç bir keçmiş təcrübə və keçilmiş bir yol mövcud deyildi. Təbiidir ki, marksist və onun kimi qiyamlar iman və islami mərifət bətnindən yaranmış bir inqilab üçün meyar sayıla bilməzdi. İslami inqilabçılar heç bir təcrübə olmadan başladılar və respublikaçılıq və islamçılıq tərkibi, onun təşkili və inkişafı üzrə vasitələr yalnız ilahi hidayət və İmam Xomeyninin böyük təfəkkürü və nurlu qəlbinin vasitəsilə əldə olundu və bu, inqilabın ilk parlaması idi.

Deməli, o zaman İran xalqının inqilabı ozamankı ikiqütblü dünyanı üçqütblü bir dünyaya çevirdi və sonra SSRİ-nin süqut etməsi və onun, eləcə də onun ətrafdakı amillərinin aradan götürülməsi və yeni güc qütblərinin yaranması ilə «İslam və imperializm» kimi yeni bir ikili qarşıdurma müasir dünyanın qabarıq fenomeni və dünya xalqlarının diqqət mərkəzi oldu. Bir tərəfdən, zülm altında olan xalqların, dünyadakı azadlıqsevər cərəyanların və istiqlaliyyətə meylli bəzi xalqların ümidvarcasına baxışları, digər tərəfdən də dünyanın bac istəyən quldurları, və zorakı rejimlərinin kinli və bədxahcasına baxışları ona dikildi. Beləliklə, dünyanın yolu dəyişdi və inqilab zəlzələsi öz yataqlarında rahat yatmış fironları oyatdı. Düşmənçiliklə var güclərilə başlandı və əgər bizim əzimuşşən imamın təsdiqlənmiş və səmavi rəhbərliyi, həmçinin bu xalqın stimulu və böyük iman qüdrəti olmasaydı, bir belə düşmənçilik, qəddarlıq, fitnə və xəbislik qarşısında tab gətirmək mümkün olmazdı.

Bütün bu dözülməz problemlərə rəğmən, İran İslam Respublikası günbəgün irəliyə doğru böyük və möhkəm addımlar atdı. Bu qırx il İslami İranda heyrətləndirici irəliləyişlər, parlaq iftixarlar və böyük cihadların şahididir. İran xalqının qırxillik irəliləyişlərinin əzəməti o zaman düzgün şəkildə görünər ki, bu müddət Fransa inqilabı, SSRİ-nin oktyabr inqilabı və Hind inqilabı kimi böyük inqilablardakı oxşar müddətlərlə müqayisə edilmiş olsun. Böyük imamın bizə öyrətdiyi «biz bacararıq» prinsipinə etiqad və islami imandan ilham almış cihadi müdiriyyətlər İranı bütün meydanlarda izzətə və inkişafa çatdırdı.

İnqilab uzun bir tarixi yayınmaya son qoydu və pəhləvi və qacar dövrlərində son dərəcə təhqir olunmuş və olduqca geridə qalmış ölkə sürətli inkişaf yolunda qərar tapdı. İlk addımda müstəbid və biabırçı monarxiya rejimini xəlqi və demokratik bir hökumətə çevirdi və hərtərəfli və həqiqi inkişafın əsası olan mili iradə ünsürünü ölkənin müdiriyyət mərkəzinə daxil etdi. O zaman gəncləri hadisələrin əsas meydan sahibi edərək, müdiriyyət meydanına daxil etdi. «Biz bacararıq» ruhiyyəsi və inamını hamıya ötürdü. Düşmənlərin sanksiyalarının hesabına daxili bacarığa söykənməni hamıya öyrətdi və bu, böyük bərəkətlər mənşəyi oldu.

Birincisi: Ölkənin sabitliyi və təhlükəsizliyi, ərazi bütövlüyü və düşmənlərin ciddi təhdidləri dalğasna məruz qalmış sərhədlərin qorunmasına zəmanət verdi və səkkizillik savaşda qələbə və bəəs rejiminin və onun amerikalı, avropalı və şərqli himayədarlarının məğlubiyyəti möcüzəsini yaratdı.

İkincisi: Quruculuq, iqtisadi və həyati infrastrukturların yaranması, həmçinin elm və texnologiya sahəsində ölkəni irəliyə aparan motor oldu ki, indiyədək onun yüksək səmərələri günbəgün daha əhatəli olur. Minlərlə əsas elm şirkəti, abadlıq, nəqliyyat, sənaye, enerji, mədən, sağlamlıq, kənd təsərrüfatı və su sair sahələrdə ölkə üçün minlərlə infrastruktur və zəruri layihə, təhsil almış və ya almaqda olan milyonlarla universitet məzunu və ya tələbəsi, ölkə boyu minlərlə universitet obyekti, onlarla böyük layihə, o sıradan nüvə yanacağı dövriyyəsi, əsas hüceyrələr, nano texnologiyası, ekoloji texnologiya və sair kimi bütün dünyada ilk yerləri tutan onlarla böyük layihə, qeyri-neft ixracatının altmış dəfə artması, sənaye obyektlərinin təqribən onqat artması, sənaye sahələrinin keyfiyyət cəhətdən onlarla dəfə artması, montaj sənayesinin yerli texnologiyaya çevrilməsi, müxtəlif mühəndislik ixtisaslarında, o cümlədən müdafiə sənayesində duyulan qabarıqlıq, mühüm və həssas tibb ixtisaslarında parlama və mərcəiyyətin ondakı yeri və inkişafın onlarla digər nümunəsi inqilabın ölkə üçün müjdə gətirdiyi o kollektiv hiss, iştirak və ruhiyyənin məhsuludur.

İran inqilabdan qabaq elm və texnologiya istehsalında sıfır idi, sənayedə montajdan və elmdə tərcümədən savayı bir hünəri yox idi.

Üçüncüsü: Xalqın seçkilər, daxili fitnələrlə mübarizə, milli səhnələrdə iştirak və imperializm ilə mübarizə kimi siyasi məsələlərdəki iştirakını yüksəklərə qaldırdı və inqilabdan öncə başlanmış xeyirxahlıq fəaliyyətləri və yardım kimi ictimai məsələlərdə nəzərəçarpacaq artıma malik oldu. İnqilabdan sonra xalq ictimai çatışmazlıqlarda və təbii hadisələrdə xidməgöstərmə yarışında böyük rəğbətlə iştirak edir.

Dördüncüsü: Xalq kütlələrinin siyasi dünyagörüşü və onların beynəlxalq məsələlərə baxışlarını heyrətləndirici şəkildə yüksəltdi. Siyasi analiz və Amerika xüsusiyyət təşkil etməklə Qərbin cinayətləri, Fələstin məsələsi, onun xalqına tarixi zülm, quldur qüdrətlərin militarizmləri, rəzillikləri və xalqların işlərinə qarışmaları və sair hallar kimi mövzularda beynəlxalq məsələləri dərketməni «ziyalı» adlı seçilmiş və məhdud bir təbəqənin inhisarından çıxardı. Bu cür ziyalılıq həyatın bütün sahələrində, bütün ölkədə bütün xalq arasında yayıldı və bu qəbildən olan məsələlər hətta yeniyetmələr üçün aydın və dərkediləsi oldu.

Beşincisi: Ölkənin ümumi imkanlarının bölünməsində ədalət tərəzisinin gözünü ağırlaşdırdı. Mənim ədalətin ölkədəki fəaliyyətindən, bu yüksək dəyərin İslam Respublikası quruluşunun başında taysız bir gövhər kimi durmalı olması və hələ durmamasına görə narazılığım bu mənada yozulmamalıdır ki, ədalətin bərqərarı üçün iş görülməyibdir. Həqiqət burasındadır ki, bu qırx ildə ədalətsizliklə mübarizənin nailiyyətləri heç bir keçmiş dövrlə müqayisəediləsi deyildir. Tağut rejimində ölkənin gəlirləri və xidmətlərinin əksər hissəsi paytaxt sakinlərinin və ya onların ölkənin bəzi digər nöqtələrindəki taylarından ibarət kiçik bir qrupun ixtiyarında idi.

Əksər şəhərlərin, xüsusən ucqar məntəqələrin və kəndlərin əhalisi siyahının sonunda duraraq, başlıca olaraq ilkin xidmət və infrastruktur zərurətlərdən məhrum idi. İslam Respublikası xidmət və sərvətin mərkəzdən ölkənin hər yerinə və rifahlı məntəqələrdən aşağı məntəqələrə köçürülməsində dünyadakı uğurlu hakimiyyətlər sırasında olubdur. Ölkənin ən ucqar nöqtələrində yolsalma, evtikmə, sənaye mərkəzlərinin yaradılması, kənd təsərrüfatı işlərinin islahı, işıq və suyun çatdırılması, müalicə mərkəzləri, universitet bölmələri, su bəndləri, elektrik stansiyaları və sair bu kimi hallar barədəki böyük statistika doğrudan da iftixargətiricidir. Şübhəsiz, bütün bunlar nə məsul şəxslərin qeyri-aydın təbliğatlarında əks etdirilib, nə də ki, xarici və daxili bədxahların dilləri onu etiraf ediblər. 

Lakin Allah-Taalanın və xalqın yanında mömin və cihadçı müdirlər üçün səmimi bir şey var. Əlbəttə, Ələvi hökuməti kimi tanınmaq istəyən İslam Respublikasında gözlənilən ədalət bunlardan yuxarıdır və onun icrasına ümid siz gənclərədir ki, sonradan ona nəzər salacağam.

 

Altıncı: Cəmiyyətin ümumi mühitində mənəviyyat və əxlaq əyarını nəzərəçarpacaq dərəcədə artırdı. Bu mübarək fenomeni Həzrət İmam Xomeyninin rəftar tərzi mübarizə dövrü boyu və inqilabın qələbəsindən sonra hər şeydən çox rəvac verdi. O mənəvi və arif və maddilikdən azad insan elə bir ölkənin başında qərar tapdı ki, onun xalqının iman əsasları çox dərin və köklü idi.

Hərçənd pəhləvilərin dövranı boyu pozğunluğu yayan təbliğatın rəhmsiz əli ona sərt zərbələr vurdu və Qərbin əxlaq bulanıqlığı və çirkabını orta təbəqədən olan insanlara, xüsusən gənclərə çəkib gətirdi, lakin İslam Respublikasındakı dini və əxlaqi münasibət gənclər xüsusiyyət təşkil etməklə nurlu və istedadlı ürəkləri cəzb etdi və mühit dinin və əxlaqın xeyrinə dəyişdi. Gənclərin sərt meydanlarda, o cümlədən Müqəddəs Müdafiədəki mübarizələri zikr, dua, qardaşlıq və fədakarlıq ruhiyyəsi ilə yanaşı oldu və İslamın hakimiyyəti dövrünün macəralarını canlı və aşkar şəkildə hamının gözləri qarşısına qoydu. Atalar, analar və həyat yoldaşları öz dini borclarını duyaraq, müxtəlif cihad cəbhələrinə gedən əzizlərindən əllərini üzdülər və sonra onların qana bulaşmış cənazələri və ya xəsarət almış vücudları ilə üzləşərkən müsibəti şükrlə yanaşı etdilər. Məscidlər və dini mühitlər misilsiz bir rövnəq tapdılar. Etekaf üçün növbələr minlərlə gənc, müəllim, tələbə, qadın və kişi ilə, həmçinin cihad, quruculuq cihadı və quruculuq səfərbərliyi düşərgələri üçün növbələr minlərlə könüllü və fədakar gənclə dolu oldu. Namaz, həcc, orucluq, ziyarət yürüşü, müxtəlif dini mərasim və tədbirlər, vacib və müstəhəb sədəqələr hər yerdə, xüsusən gənclər arasında rövnəq tapdı və bu günədək günbəgün daha çox və daha keyfiyyətli olubdur. Və bütün bunlar elə bir dövrdə baş verdi ki, Qərbin və onun davamçılarının günbəgün artan əxlaq süqutu və onların kişi və qadını pozğunluq çirkablarına çəkmək üzrə irihəcmli təbliğatları dünyanın başlıca hissələrində əxlaq və mənəviyyatı təcrid edibdir və bu, fəal və avanqard islami quruluşun və inqilabın digər bir möcüzəsidir.

Yeddinci: Hegemonçu və cinayətkar Amerikanın başda durduğu dünya zalımları, zorakıları və quldurları qarşısında müqavimətin heybətli, əzəmətli və iftixarlı simvolu gündən-günə daha qabarıq forma aldı. Bütün bu qırx ildə təslimolmama, inqilabı qoruma, onun təkəbbürlü və zalım dövlətlər qarşısında başını uca tutması və onun ilahi heybəti və əzəməti İranın və iranlının, xüsusən bu diyarın gənclərinin tanınmış xüsusiyyətlərindən hesab olunurdu. Daim öz həyatlarını digər ölkələrin istiqlaliyyətinə əl uzatmaqda, onların həyati maraqlarını dağıtmaqda görən və bunları öz nəhs niyyətləri üçün istəyən dünyanın inhisarçı qüdrətləri islami və inqilabçı İranın qarşısında öz acizliklərini etiraf etdilər. İran xalqı inqilabın həyatverən atmosferində öncə Amerikanın oyuncaq amilini və xalqa xəyanət edən ünsürü ölkədən qova və ondan sonra da bu günədək beynəlxalq quldurların bir daha ölkəyə yiyələnmələrinin qarşısını qüdrət və şiddətlə ala bildi.

Əziz gənclər! Bunlar İslam İnqilabının qırxillik sərgüzəştindəki başlıca fəsillərin məhdud bir hissəsidir. Bu əzəmətli, sabit və parlaq inqilabın irəliləyişində Allah-Taalanın köməkliyi ilə siz ikinci iri addımı atmalısınız.

Qırxillik səyin məhsulu hazırda gözlərimizin önündədir: Ölkə və xalq müstəqil, azad, qüdrətli, başıuca, mömin, elmdə inkişaf etmiş, dəyərli təcrübələrlə dolu, mötəbər və ümidvar, regionda əsas təsirə malik olan, beynəlxalq məsələlərdə güclü məntiqə malik olan, elmi irəliləyiş və sıçrayışlarda rekorda malik olan, nüvə, əsas hüceyrələr, nano, hava-kosmos və bu kimi sair mühüm elmlər və texnologiyalarda rekord sahibi, sosial xidmətlərin genişləndirilməsində öncül, gənclər arasında cihad stimullarında qabaqcıl, səmərəli gənc cəmiyyətdə öncül və digər iftixarlı xüsusiyyətlər. Bütün bunlar inqilabın məhsulu və inqilabçı və cihadçı istiqamətlənmələrin nəticəsidir. Və bilin ki, qırxillik tarixin müxtəlif dövrlərində əgər inqilab şüarlarına diqqətsizlik və inqilab cərəyanından qəflətə qapılma olmasaydı və təəssüflə, olub və xəsarətli də olubdur, şübhəsiz, inqilabın nailiyyətləri bundan da artıq və ölkə böyük amallara nailolma yolunda daha irəlidə olardı və indiki problemlərin bir çoxu mövcud olmazdı.

Qüdrətli İran bu gün də inqilabın başlanğıcında olduğu kimi, zalımların yaratdıqları problemlərlə üzləşir. Amma tamamilə məqsədyönlü fərqlə. Əgər o zaman Amerika ilə problem, əcnəbi ünsürlərin əllərinin kəsilməsi və ya sionist rejimin Tehrandakı səfirliyinin bağlanmsı, yaxud da Amerikanın casusluq yuvasının rüsvay edilməsi idisə, bu gün problem, qüdrətli İranın sionist rejimin sərhədlərində iştirakı, Amerikanın Qərbi Asiya bölgəsindəki qanunsuz nüfuz dairəsinin yığışdırılması və İran İslam Respublikasının fələstinli mücahidlərin mübarizələrini himayə və bu məntəqə boyunca Hizbullah və müqavimətin dalğalanan bayrağını müdafiə etməsi üstündədir.

Və əgər o zaman Qərbin problemi, İranın ibtidai silahlar almasının qarşısını almaq idisə, bu gün problem, İranın modern silahlarının müqavimət qüvvələrinin əlinə çatmasının qarşısını almaqdır. Və əgər o zaman Amerika güman edirdi ki, bir neçə satqın iranlı və ya bir neçə təyyarə və vertolyotla islami quruluşa və İran xalqına üstün gələ biləcək, bu gün İran İslam Respublikası ilə siyasi və təhlükəsizlik mübarizəsi üçün onlarla qorxaq və inadkar dövlətdən ibarət böyük bir koalisiyaya ehtiyac duyduğunu hiss edir və əlbəttə, yenə də qarşıdurmada məğlub olacaq. İran, inqilabın bərəkətinə, indi, öz əsas məsələlərində çətin dolanbaclardan keçərək, dünya xalqlarının gözlərində yüksək və İran xalqına layiqli bir yerdə durur.

Amma keçilmiş  yol İran İslam Respublikası quruluşunun yüksək amallarına doğru gedən iftixarlı yolun təkcə bir hissəsidir. Böyük ehtimala qarşı keçmişdəki çətinlik qədər olmayacaq bu yolun davamı siz gənclərin təşəbbüs və hərəkət sürəti, sayıqlığı və ciddi-cəhdi ilə keçilməlidir. Gənc müdirlər, gənc sahibkarlar, gənc mütəfəkkirlər, gənc fəallar, bütün siyasi, iqtisadi, mədəni və beynəlxalq meydanlarda, eləcə də din, əxlaq, mənəviyyat və ədalət meydanlarında öz çiyinlərini məsuliyyətin yükü altına verməli, keçmiş təcrübə və ibrətlərdən bəhrələnməli, cihadçı əməl, inqilabçı ruhiyyə və inqilabçı baxışdan istifadə etməli və əziz İranı modern islami quruluşun kamil meyarı etməlidirlər.

Gələcəyin qurucularının nəzərdə tutmalı olduqları mühüm cəhət budur; onlar elə bir ölkədə yaşayırlar ki, təbii və insani imkanlar baxımından misli az görünüb və bu imkanların bir çoxu məsul şəxslərin qəflətə qapılmaları ilə indiyədək istifadəsiz və ya az istifadəli qalıbdır. Gənc və inqilabçı stimullar və yüksək ciddi-cəhdlər onları fəal edə və ölkənin maddi və mənəvi irəliləyişinə sözün əsl mənasında sıçrayış verə biləcəklər.

Ölkənin ən mühüm ümidverici imkanı din və iman əslinə və dərin infrastruktura malik faydalı və istedadlı insan qüvvəsidir. Mühüm bir hissəsinin 60-cı onillikdə yaranmış əhali dalğasının nəticəsi olan qırx yaşından aşağı gənc əhali ölkə üçün dəyərli bir fürsətdir. 15-40 yaşlarında olan 36 milyon nəfər, 14 milyon nəfərə yaxın ali təhsilli, mühəndislk və digər elmlər üzrə təhsil alanlar arasında dünya üzrə ikinci yer,  inqilabçı ruhiyyə ilə böyümüş və ölkə üçün cihadçı səy göstərməyə hazır olan çoxlu sayda gənc; elmi, mədəni, sənaye və sair sahələrdə yaradıcılqla məşğul olan tədqiqatçı və mütəfəkkir gənclərin diqqətəlayiq toplusu. Bunlar ölkə üçün böyük bir sərvətdir və heç bir maddi sərvət onuna müqayisə edilməz.

Bunlardan başqa, ölkənin maddi fürsətləri də uzun bir siyahını təşkil edir ki, işgüzar, çoxstimullu və aqil müdirlər onları fəal etmək və onlardan bəhrələnməklə milli gəlirləri aşkar sıçrayışla artıra və ölkəni varlı, ehtiyacsız və sözün əsl mənasında özünəinam hissinə malik edə və hazırkı problemləri aradan qaldıra bilərlər. İran dünya əhalisinin bir faizinə malik olaraq, dünyanın mədən ehtiyatlarının yeddi faizinə malikdir: iri yeraltı mənbələr, şərq, qərb, şimal və cənub arasında müstəsna coğrafi mövqe, böyük milli bazar, 600 milyonluq əhaliyə malik on beş qonşulu böyük regional bazar, uzun dəniz sahilləri, çeşidli bağ və əkinçilik məhsullarına malik torpağın münbitliyi, böyük və çeşidli iqtisadiyyat, ölkənin imkanlarının müəyyən hissələridir. Bir çox imkanlar işlənilməmiş olaraq qalıb. Deyilənlərə görə, İran istifadə olunmamış təbii və insani imkanlar baxımından dünyada birinci yerdə durur. Şübhəsiz, siz mömin və ciddi-cəhdli gənclər bu böyük eybi aradan qaldıra biləcəksiniz. Perspektivin ikinci onilliyi keçmiş nailiyyətlərdən, eləcə də istifadə olunmamış imkanlardan bəhrələnmə üzərində təmərküzləşməli və milli iqtisadiyyat və istehsal bölməsi daxil olmaqla ölkənin inkişafı artmalıdır.

İndi sizə, əziz övladlarıma bir neçə əsas mövzu barədə tövsiyələr edirəm. Bu mövzular bunlardan ibarətdir: Elm və tədqiqat, mənəviyyat və əxlaq, iqtisadiyyat, ədalət və korrupsiya ilə mübarizə, istiqlaliyyət və azadlıq, milli izzət, xarici əlaqələr və düşməndən uzaq durma, yüngül yaşayış.

Amma hər şeydən öncə mənim ilk tövsiyəm, gələcəyə ümid və nikbin baxışdır. Bütün qıfılların bu əsas açarları olmadan heç bir addım atmaq olmaz. Dediyim məsələ, sədaqətli və eyni reallıqlara söykənən bir ümiddir. Mən daim yalançı və aldadıcı ümiddən uzaq gəzmişəm. Amma özümü və hamını yersiz ümidsizliklərdən və yalançı qorxudan çəkindirmişəm və çəkindirirəm. Bu qırx il ərzində və hazırda düşmənin media və təbliğat siyasəti və onun ən fəal proqramları həmişəki kimi bizim xalqımızı, hətta məsul şəxslərimizi və müdirlərimizi gələcəkdən məyus etmək olubdur. Yalan xəbərlər, qərəzli təhlillər, reallıqları tərsinə göstərmək, ümidverici cilvələri gizlətmək, kiçik eyibləri böyütmək və böyük işləri kiçik göstərmək və ya inkar etmək, İran xalqının düşmənlərinin minlərlə radio, televiziya və internet mediasının həmişəki proqramıdır. Və əlbəttə, onların ölkə daxilindəki davamçıları da müşahidə olunurlar ki, azadlıqlardan istifadə ilə düşmənin xidtmətində hərəkət edirlər. Siz gənclər bu təbliğat mühasirəsinin sındırılmasında öncül olmalısınız. Özünüzdə və başqalarında gələcəyə ümid fidanını bəsləmələsiniz. Qorxu və ümidsizliyi özünüzdən və başqalarından uzaqlaşdırın. Bu, sizin ilk və ən köklü cihadınızdır. Bəzilərinə işarə olunmuş ümidverici nişanələr sizin gözləriniz önündədir. İnqilab cücərtiləri uçulmalardan daha genişdir və mötəbər və xidmətçi əllər və ürəklər xainlərdən və korrupsionerlərdən daha çoxdur. Dünya iranlı gəncə, iranlı müqavimətə və iranlı təşəbbüslərə bir çox sahələrdə hörmətlə baxır. Öz qədrinizi bilin və ilahi qüvvətlə gələcəyə döğru hərəkət edərək, qəhrəmanlıq yaradın.

Şərh yaz


Məxfi kod
Yenilə