Çərşənbə axşamı, 22 Yanvar 2019 18:45

Tehranda Mərziyyə Haşeminin həbsinə qarşı etiraz aksiyasına çağırış edilib

Tehranda Mərziyyə Haşeminin həbsinə qarşı etiraz aksiyasına çağırış edilib

Media cəmiyyətləri və orqanlarından bir qrupu Press TV kanalının müxbiri və aparıcısı Mərziyyə Haşeminin həbs edilməsinə etiraz olaraq, sabah BMT-nin Tehrandakı ofisi qarşısında aksiya keçirəcək.

İranın TeleRadio Təşkilatının Bəsic Mərkəzi və Sərhədaşırı Müavinliyi, Media Bəsici Təşkilatı və Müsəlman Jurnalistlər Cəmiyyəti bu aksiyada iştiraka öz hazırlıqları və həmrəyliklərini elan ediblər.

İranın Press TV kanalı bu aksiyanın zamanı və məkanını elan edərək, bütün jurnalistləri, media mənsublarını, tələbələri və mədəni fəalları bu aksiyada iştirak edərək, ABŞ dövlətinin bu telekanalın müxbiri və aparıcısı Mərziyyə Haşemini həbs etmək üzrə qanunsuz hərkətini pisləməyə çağırıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə