Cümə axşamı, 17 Yanvar 2019 21:49

Bəidinejad: Siyasi təzyiq Zağərinin vəziyyətinə kömək etməyəcək

Bəidinejad: Siyasi təzyiq Zağərinin vəziyyətinə kömək etməyəcək

İran İslam Respublikasının Londondakı səfiri İngiltərə KİV-i ilə müsahibədə deyib: Siyasi təzyiqlər Nazənin Zağərinin işiniə kömək etməyəcək və İranın Məhkəmə sistemi təzyiqlərə təslim olmayacaq.

Tomson Röyters kütləvi informasiya vasitələri şirkətinin layihə müdiri olan Nazənin Zağəri 4 aprel 2016-cı ildə casusluq ittihamı ilə həbs edilib.

İRNA-nın cümə axşamı verdiyi məlumata görə, Həmid Bəidinejad deyib: İranda təhlükəsizlik cinayətləri ilə bağlı mühakimə olunan və həbsə məhkum edilən Nazənin Zağərinin işinin siyasiləşdirilməsi məsələnin həllinə kömək etməyəcək. Əksinə, vəziyyəti daha da mürəkkəbləşdirəcək.

İranın Londondakı səfiri İngiltərədə təbliğat xarakterli atmosferin yaradılması üzrə səyləri qeyri-konstruktiv adlandırıb və deyib: Zağəri barəsində çıxarılan məhkəmə qərarı casusluq və təhlükəsizlik məsələlərinə görə ağırdır. Amma, bu kimi ağır ittihamlarla bağlı çıxarılan 5 il həbs qərarı qeyri-qanuni hərəkətlərə uyğun olaraq çıxarılıb.

Şərh yaz


Məxfi kod
Yenilə