Şənbə, 29 Dekabr 2018 22:15

9 dey , Bəsirət və ümmətin vilayətə beyəti təzələmə günü

9 dey , Bəsirət və ümmətin vilayətə beyəti təzələmə günü

İran xalqının Vilayət və İmamət prinsiplərinə sadiq qalaraq İslam hökuməti düşmənlərinin fitnəsini boğduğu günün ildönümündə , ölkənin hər yerində toplantı və müxtəlif mərasimlər keçirilib .

9 dey ,30 dekabr İran xalqının Hüseyn Aşurasına hörmətsizlik edən ünsürlərə və ölkəni iğtişaşa sürükləyənlərə nifrət göstərdiyi gündür . 2009-da Aşura günü İslam müqəddəslərinə qarşı hörmətsizliyin ardınca , müsəlman xalq ayağa qalxaraq izdihamlı yürüşlərdə iğtişaşçıların cəzalandırılmasını tələb etdi .

Tehranda keçirilən milyonluq nümayişdə də , əhali Vilayəti-Fəqih və Həzrət Ayətullah əl-Üzma Xameneinin başçılıq etdiyi İslam R . dövlətinə dəstək nümayiş etdirdi .

Başqa sözlə , bütün İran 9 dey tarixində vilayət-sevər xalqın öz rəhbərinə sədaqət nümayiş etdirməsi səhnəsinə çevrildi və « fitnəkarlara ar olsun» şüarı bütün məmləkəti bürüdü .Hazırda isə bəsirətli xalq yendin Aşura övladlarının qüdrətini nümayiş etdirir .

Qədirbilən xalqın bu tarixi qəhrəmanlıqda iştirakı bir daha dünyaya göstərdi ki , düşmənlərin İran –İslam R-da xalqla müqəddəs quruluş arasında təfriqə salmaq cəhdləri fiaskoya uğrayıb .

9 dey ,30 dekabr « bəsirət və ümmətin vilayətə beyəti günü » kimi İranın şanlı tarixinə keçib . Bəsirətli xalq bu gün İslam quruluşuna və onun özülünü təşkil edən Vilayəti-Fəqih sisteminə güclü dəstək nümayiş etdirərək düşmənləri məyus etdi , fitnəni söndürdü. İslam İnqilabının Böyük Rəhbəri 9 dey  qəhrəmanlığı münasibətilə xalqın fəallığını onun ayıq – sayıqlığının əlaməti sayaraq buyurublar : İran xalqının düşmənləri və xalqla İslam hökuməti arasında təfriqə salmaq istəyənlər bilməlidirlər ki , 9 dey qəhrəmanlığı günündə İslam quruluşunun xalqa aid olduğu və bu quruluşun xalq tərəfindən möhkəm qurunduğu sübut edildi .

İran xalqı İslam İnqilabından sonrakı bütün illərdə özünün fəal iştirakı ilə düşmənlərin bütün intriqalarını boşa çıxarıb və ötən ilki fitnə onlardan yalnız biri idi ki , İslam İnqilabı Rəhbərinin müdrikliyi və xalqın oyaqlığı ilə dəf edildi .

Şübhəsiz düşmənlər heç zaman bu böyük xalqla düşmənçiliyə son qoymayacaqlar . Buna baxmayaraq İslam hökuməti xalqın gücünə arxalanaraq ali İslam məqsədləri və parlaq gələcək naminə addımlayır.

Media

Şərh yaz


Məxfi kod
Yenilə