Çərşənbə axşamı, 13 Noyabr 2018 12:52

Şərqi Azərbaycan Tele-Radio təşkilatının sədri:Sərhədləraşırı verilişlərinin məqsədi İslam bilrliyinin güclənməsidir

Şərqi Azərbaycan Tele-Radio təşkilatının sədri:Sərhədləraşırı verilişlərinin məqsədi İslam bilrliyinin güclənməsidir

6 noyabr 2018 tarixindən İRİB xarici verilişlər redaksiysı,Təbriz Radiosunun Azərbaycan Respublikası və Qafqaz məntəqəsi üçün vüerilişlərinin vaxtı bir saat artırılıb.

Şərqi Azərbaycan vilayətinin Tele-Radio təşkilatının sədri Mortəza Səfəri həmin münasibətlə keçirilən tədbirdə deyib:”İRİB sərhədlər aşırı verilişlərinin əsas məqsədi İslam İnqilabı böyük rəhbəri HZ.Ayətullaluzma Xameneinin də təkid etdiyi İslami Birliyin gücləndirilməsidir”.

Səfəri düşmən medianın üzrəində çox çalışıb,yüksək məbləğdə pullar xərclədiyi islamofobia ilə qarşılaşmağı isə həmin verilişlərin prioritetlərindən başqa biri kimi bildirdi.

Xatırladaq ki,Təbriz Radiosunun sərhədlər aşırı verilişləri  8 oktyabr 1983-də gündə 30 dəqiqə müddətində yayıma başladı və tədriclə həmin verilişlərin yayım müddəti gündə 7.30 saata artdı.6 noyabr 2018-dən isə bu müddət 8.30 saata yüksəlib.

*******

Çərşənbə axşamı 6 noyabrdan Təbriz Radiosunun xarici verilişlər redaksiyası azəri verilişlərinin yayım vaxtı bir saat artıb.

Son dəyişilliyə görə Təbriz Radiosunun axşam verilişləri Azərbaycan Respublikası vaxtı ilə 18:20 dən başlayıb 20:50 dək davam edəcək.

 

 

Şərh yaz


Məxfi kod
Yenilə