Şənbə, 20 Oktyabr 2018 10:50

General Səlami: İranın qüdrəti şəhidlərin qanına borcludur

General Səlami: İranın qüdrəti şəhidlərin qanına borcludur

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan əvəzi deyib ki, İslami İranın bugünkü qüdrəti İslam İnqilabı, Müqəddəs Müdafiə və Hərəm Müdafiəsi şəhidlərinin rəşadətlərinə borcludur.

Briqada generalı pasdar Hoseyn Səlami dünən gecə İranın cənubunda yerləşən Kiş adasında keçirilən Hərəm Müdafiəsi şəhidlərinin üçüncü anım mərasimində deyib: Düşmən qərb sərhədlərindən İran ərazisinə daxil olmaq istəyirdi, amma iranlı gənclər təkfirçi düşmənləri Suriya ərazisində susdurdular.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan əvəzi dünya imperializminin İranı məğlub etmək səyinə toxunaraq, əlavə edib: İran İslam Respublikası ilə siyasi və iqtisadi mübarizə üçün İranın 14 illik neft gəlirinə bərabər olan 700 milyard dolların xərclənməsi Amerikanın İranı dizə çökdürmək üçün ayırdığı iri məbləğlərin bir nümunəsidir.

Briqada generalı pasdar Hoseyn Səlami daha sonra deyib: Amerika prezidentinin BMT Baş Assambleyasının illik sessiyasında təhqir edilməsi və iştirakçıların istehzaları Amerika üçün çətin idi və Donald Tramp bilməlidir ki, onun beynəlxalq ictimaiyyətdə yeri yoxdur.

Şərh yaz


Məxfi kod
Yenilə