Cümə, 19 Oktyabr 2018 21:25

Kişdə beynəlxalq Yaxın Şərq və Avropa iclası keçirilir

Kişdə beynəlxalq Yaxın Şərq və Avropa iclası keçirilir

İlk beynəlxalq Yaxın Şərq - Avropa iclası bu gün cümə İranın cənubunda, Kiş adasında işə başlayıb. İclasın əsas mövzusu davamlı gələcəyə nail olmaq üçün təcrübə mübadiləsidir.

İRNA-nın məlumatına görə, 3 gün davam edəcək bu elmi iclasda İran, Avstriya, Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, İsveç, İsveçrə və bir sıra Yaxın Şərq ölkəsindən gəlmiş universitet müəllimləri, mütəfəkkir və ziyalı iştirak edir. 

İranın Tibb Universitetinin rektor müavini bu barədə deyib: Beynəlxalq Yaxın Şərq - Avropa İclasının başlıca məqsədi təhqiqat qrupları arasında əlaqələrin yaradılması, elmi əməkdaşlıqlar qarşısındakı maneələrin aradan qaldırılması üçün çıxış yolunun tapılması və elmi sahədə beynəlxalq əməkdaşlıqların genişləndirilməsidir. 

Şərh yaz


Məxfi kod
Yenilə