Cümə, 19 Oktyabr 2018 20:01

İranın Xəzər dənizindəki bir yük gəmisinin ekipaj üzvlərindən 3-ü həyatını itirib

İranın Xəzər dənizindəki bir yük gəmisinin ekipaj üzvlərindən 3-ü həyatını itirib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Xəzər dənizində üzən İrana aid bir yük gəmisinin ekipaj üzvlərindən 3-nün zəhərlənərək, həyatını itirdiyini bildirib.

Cavad Cahangirzadə cümə günü İRNA-ya verdiyi müsahibədə deyib: İran İslam Respublikasına məxsus "Naz Mehr" yük gəmisinin zəhərlənmiş ekipaj üzvləri Azərbaycanın sərhəd qoşunları tərəfindən Bakı xəstəxanalarından birinə çatdırılsalar da, onlardan üçün həl yolda ikən həyatını itirib. 

Səfir daha sonra deyib: "Ukrayna vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, gəminin bütün ekipaj üzvləri İran vətəndaşıdır. 12 nəfərlik ekipaj üzvünə malik olan "Naz Mehr" yük gəmisinin yükü buğda olub. Aktau limanından hərəkət edərək, Hövsan limanına doğru yola düşən Naz Mehr gəmisinin zəhərlənmiş ekipaj üzvlərindən səkkizi Bakının bir saylı klinikasının zəhərlənmə bölməsinə yerləşdiriliblər. Hazırda zəhərlənməyə nəyin səbəb olduğu araşdırılır. Alınmış qərara əsasən İranın Dənizçilik və Limanlar Təşkilatının ekspert heyəti də Bakıya səfər etməlidir."

İran səfirinin dediyinə görə, hadisə ilə bağlı məlumatın daxil olduğu ilk saatlardan İran İslam Respublikasının Bakıdakı konsulluğu və səfirliyinin üzvləri xəstəxanaya gedərək, xəstələrin vəziyyəti ilə yaxından maraqlanıblar. 

Cavad Cahangirzadə hadisənin necə baş verməsinə gəlincə isə deyib: Naz Mehr yük gəmisi çərşənbə günü Qazaxıstanın Aktau limanından yola düşdükdən sonra, cümə axşamı gecə saat səkkizdə gəminin ekipaj üzvlərinin zəhərlənməsinə dair məlumat daxil olub. Bunun ardınca Azərbaycanın sərhəd qoşunlarının əməkdaşlığı ilə gəminin ekipaj üzvləri gecə yarısı saat 12-də Bakı xəstəxanalarından birinə çatdırılıblar.

İran səfiri hazırda zəhərlənməyə məruz qalmış ekipaj üzvlərinin vəziyyətinin yaxşılaşmaqda olduğunu bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə