Çərşənbə axşamı, 16 Oktyabr 2018 21:21

Son 6 ayda İranın ticarət dövriyyəsi müsbət olub

Son 6 ayda İranın ticarət dövriyyəsi müsbət olub

İranın sənaye, mədən və ticarət nazirinin müavini deyib: İran İslam Respublikasının ticarət dövriyyəsi son 6 ayda ixracatın artması və idxalatın məhdudlaşması üzündən mübət 940 milyon dollara çatıb hal bu ki, ötən ilin oxşar dövründə bu rəqəm mənfi 4.5 milyard dollar idi.

İRNA-nın verdiyi məlumata görə, Müctaba Xosrotac bu gün deyib: İran son 6 ayda 23 milyard dollardan çox mal ixrac edib , ötən il isə bu rəqəm 20 milyard 4 milyon dollar təşkil edirdi. Beləliklə İranın ixracatında 13 faiz artım müşahidə olunur. 

Xosrotac deyib: Son 6 ayda həmçinin İranın idxalatının dəyəri 22 milyard 182 milyon dollar olub və ötən ilin oxşar dövrü ilə müqayisədə 3 milyard dollar azalma var.

Şərh yaz


Məxfi kod
Yenilə