Çərşənbə axşamı, 16 Oktyabr 2018 20:20

İranın nefti 28 oktyabrdan birjaya daxil ediləcək

İranın nefti 28 oktyabrdan birjaya daxil ediləcək

İranın Enerji birjasının icraçı direktoru deyib: İranın Milli Neft Şirkəti 28 oktyabrdan etibarən İranın enerji birjasında gündəlik bir milyon barrel yüngün xam nefti satışa buraxacaq.

Əli Hüseyni İRİB müxbirinə verdiyi müsahibədə deyib: Bütün daxili və xarici şirkətlər heç bir məhdudiyyət olmadan İranın xam neftini satın ala bilərlər hər alıcı üçün satın ala biləcəyi minimum miqdar 35 min maksimum miqdar isə bir milyon barreldən ibarət olacaq. 

Hüseyni deyib:  hüquqi şirkətlər alış-verişin dəyərinin təxminən 10 faizini ödəməklə bu alış-verişdə iştirak edə bilərlər təqdim qiymətinin meyarı Brent neftidir və qiymət PLATTS nəşrindən götürüləcək. 

İranın neft şirkətinin icraçı direktoru bütün qaz və neft məmulatlarının İranın enerji birjasında təqdim olunacağını bildirərək deyib: Əcnəbi alıcılar üçün heç bir məhdudiyyət yoxdur və onlar hüquqi şirkətlər çərçivəsində neft alışında iştirak edə bilərlər. 

Şərh yaz


Məxfi kod
Yenilə