Çərşənbə axşamı, 16 Oktyabr 2018 17:56

Hüseyni: İran adaları barədə iddialar əsassızdır

Hüseyni: İran adaları barədə iddialar əsassızdır

İran İslam Respublikasının parlamentlərarası birlikdəki (İPU) icra şurasının sədri deyib: İİR-in ərazi bütövlüyü və Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb adalarına hakimiyyəti müzakirə predmeti ola bilməz.

İRNA-nın verdiyi məlumata görə, Seyidə Fatimə Hüseyni Birləşmiş Ərəb Əmirliklərinin parlament heyətinin iddiasına cavab olaraq İran İslam Respublikasının Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb adalarına hakimiyyətinə təkid edərək deyib: Bu barədə hərhansı ölkə tərəfindən hərhansı iddia əsassızdır. 

Hüseyni deyib: İİR üçlü adalar barədə hərhansı təşəbbüsü İranın ərazi bütövlüyü və suverinliyi prinsiplərinə sövkənir.

İİR İslami Şura Məclisinin üzvü BƏƏ nümayəndəsinin Fars körfəzinin adını təhrif etməsi barədə isə deyib: Düzgün və rəsmən tanınmış yeganə ad, Fars körfəzi adıdır və tarix və tarixi faktlar bunu təsdiq edir. 

Hüseyni deyib: Fars körfəzi adının saxtalaşdırılması qətiyyən qəbuledilməz, qeyri-qanuni və siyasi cəhətdən dəyərsizdir. 

Şərh yaz


Məxfi kod
Yenilə