Çərşənbə axşamı, 16 Oktyabr 2018 16:45

İran ilə Rusiya arasında qrup şəklində viza verilməsi ləğv edilir

İran ilə Rusiya arasında qrup şəklində viza verilməsi ləğv edilir

İranın Xarici İşlər Nazirliyinin konsulluqlar üzrə baş müdiri İran ilə Rusiya arasında turistlərə qrup şəklində vizanın verilməsi qərarının ləğvi və uçuş ekipajı üçün vizanın asanlaşdırılması sənədindən xəbər veriblər.

İRNA-nın verdiyi məlumata görə, Əli Çegeyni Moskvada İran və Rusiya arasında 6-cı konsulluq iclasından sonra deyib: İki ölkə həmçinin xalq münasibətlərinin daha da genişləndirilməsi, qarşılıqlı olaraq vətəndaşlara vizanın asanlaşdırılmasına maksimum şəraitin yaradılmasına təkid ediblər. 

Çegeyni deyib: Moskva iclasında iş adamlarının, tələbələrin, turistlərin qarşılıqlı problemləri araşdırılıb və onlara xidmətlərin daha da artırılması razılaşdırılıb. 

Rusiyalı heyətin başçısı İvan Kriloviç Vlinkin də Moskvada keçirilən konsulluq iclasının münasibətlərin daha da genişləndirilməsi və iki ölkə prezidentlərinin strateji əlaqələr  üzrə qərarlarının rallaşdırılması istiqamətində böyük addım hesab edib 

Şərh yaz


Məxfi kod
Yenilə