Cümə axşamı, 11 Oktyabr 2018 19:43

İnqilab Rəhbərinin avropalı gənclərə məktubu Frankfurt kitab sərgisində rəğbətlə qarşılanıb

İnqilab Rəhbərinin avropalı gənclərə məktubu Frankfurt kitab sərgisində rəğbətlə qarşılanıb

İslam İnqilabının Böyük Rəhbərinin avropalı gənclərə məktubu Frankfurt beynəlxalq kitab sərgisində rəğbətlə qarşılanıb.

Bu gün 70-ci Frankfurt beynəlxalq kitab sərgisinin ikinci günü ilə bir zamanda İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin avropalı gənclərə ünvanlanmış məktubunun ingiliscə mətni İran pavilyonunda paylanıb.

Həzrət Ayətullahuluzma Xamenei 2015-ci il yanvarın 21-də Fransadakı terror hadisələrinin, bir fransız nəşrdə islami müqəddəslərə qarşı hörmətsiz təsvirlərin yayılması və Qərb rəsmiləri və mediaları tərəfindən anti-İslam cərəyanının və islamofobiyanın şiddətlənməsinin ardınca Avropada və Şimali Amerikadakı gənclərə ünvanlanmış bir məktubda belə vurğuladılar: İslama qarşı bu geniş mənfi hərəkətlərin məqsədləri barədə sorğu-sual edin və mənfi təbliğatlar və öncədən mühakimə yürütmələr dalğasına reaksiyada çalışın ki, bu din barədə vasitəsiz və birbaşa bir tanışlıq əldə edəsiniz.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin 2015-ci il noyabrın 29-da ikinci məktubu yayaraq, Amerika və Qərb ölkələrinin gənclərinə xitabən böyük qüdrətlərin ikili meyarlarını pislədilər və sonra Parisdəki silahlı hücumlar kimi hadisələri Qərb ölkələrinin siyasətlərinin nəticəsi adlandırdılar.

İslam İnqilabının Böyük Rəhbərinin Qərb ölkələrinin gənclərinə ünvanlanmış birinci məktubu əlli dildə, ikinci məktubu isə 62 dildə nəşr olunubdur. İslam İnqilabının Böyük Rəhbərinin məktubları dəfələrlə sosial şəbəkələrdə və müxtəlif xəbər agentliklərində tərcümə olunub və nəşr edilibdir.

Frankfurt beynəlxalq kitab sərgisi naşirlərin və sərgiyə gələnlərin sayı baxımından dünyanın ən böyük kitab sərgisi sayılır. Bu sərgi oktyabrın 10-dan 14-dək keçirilir.

Şərh yaz


Məxfi kod
Yenilə